“Narqız" animasiya filminin istehsalı yekunlaşıb

“Narqız" animasiya filminin istehsalı yekunlaşıb
25 dekabr 2024
# 10:01

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən 18 iyul 2023-cü il tarixində elan olunan film layihələri müsabiqəsinin qaliblərindən olan “Narqız” animasiya filminin istehsalı yekunlaşıb. Xronometrajı 9 dəqiqə olan film ANİMAFİLM Studio tərəfindən istehsal olunub.

Kulis.az xəbər verir ki, filmin prodüseri Rəşid Ağamalıyev, quruluşcu rejissoru və rəssamı Məsud Pənahi, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman və Nəzrin Ağamalıyevadır. Yaş həddi 8+ olan filmin mövzusuna əsasən balaca Narqız göyə çərpələng uçurur və dünyada hər şeyi unudaraq onun ardınca qaçır. Sevinc içərisində olan qız torpaq altında olan və öz partlamaq saatını gözləyən təhlükənin belə fərqində deyil. Bu isə minadır…

“Narqız” qısametrajlı animasiya filmi ilk növbədə uşaqlar üçün nəzərdə tutulub. Filmin çəkilməsinin əsas məqsədi uşaqların diqqətini mina təhlükəsinə cəlb etmək, eləcə də işğaldan azad olunmuş ərazilərdə düşmənin basdırdığı ninalar və minatəmizləmə işləri haqqında məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Maarifləndirici film insanlar üçün dinc dövrdə ən böyük təhlükə olan minalardan qorunmaq və ehtiyatlı davranmaq qaydaları ilə bağlı təcrübələri paylaşmağın vacibliyini vurğulayır. Bütün bunlar audiovizual vasitələr, milli-mədəni irsimizin incilərini tamaşaçıya daha aydın çatdıran musiqi və qrafika vasitəsilə təqdim olunaraq XXI əsrin müasir və gerçək vaqeəsini nəql etmiş olur.

Dram janrında olan filmin ideya müəllifi Bəhruz Pənahi, bəstəkarı Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, aparıcı animatoru Firəngiz Bağırova, kompozitinq rəssamı Emil Şiran, səsləndirmə rejissoru isə Qurban Məsimovdur.

# 1254 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər