Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması
9 iyul 2026
# 17:40

Amerikalı tanınmış rejissor Culian Şnabel yeni çəkdiyi "Dante kodeksi" filmində baş rolu yaxın dostu Conni Deppin deyil, başqa bir aktyorun ifa etdiyinin səbəblərini açıqlayıb.

Kulis.az xəbər verir ki, rejissor bu barədə "Qazeta.ru" nəşrinə verdiyi xüsusi müsahibəsində danışıb.

Layihəni Conni Depp gətiribmiş, amma...

Rejissor bildirib ki, Conni Depplə hələ 90-cı illərdən, aktyorun da rol aldığı "Gecə düşmədən" filmindəki birgə işlərindən sonra çox yaxın dost olublar. Əslində, Nik Toşesin qələmə aldığı "Dante kodeksi" romanının ekranlaşdırma hüquqlarını da vaxtilə məhz Conni Depp alıb.

"Nik Conninin yaxın dostu idi və Depp ona həmişə böyük hörmətlə yanaşıb. Bir gün Conni mənə film çəkmək istədiyi bir neçə kitab göstərdi. Mən isə onların arasından bəlkə də ən çətinini – məhz bunu seçdim. Başlanğıcda Nik rolunu Conninin özünün oynayacağını düşünürdüm. Lakin həyat öz düzəlişlərini edir. Planlar dəyişdi, o başqa layihələrə yönəldi, mən isə ssenari üzərində işləməyə davam etdim," – deyə Şnabel vurğulayıb.

Rejissor əlavə edib ki, sonradan müəllif Nik Toşes və layihənin icraçı prodüseri Qreq Çimino ilə şəxsən tanış olub. Ssenarini oxuyan və çox bəyənən Toşes filmi məhz Şnabelin çəkməsini istəyib.

8 il gözləyən Oskar Ayzek: "O elə Dantenin özüdür"

Nəticədə, filmin baş rolu çəkilişlərdən hələ çox illər əvvəl bu layihədə yer almaq istəyən Oskar Ayzekə qismət olub. Şnabel Ayzekin aktyorluq qabiliyyətini və layihəyə olan sevgisini yüksək qiymətləndirib:

"Oskar mənim dostum və mükəmməl aktyordur. O, ssenari ilə hələ 8 il əvvəl tanış olmuş və mənə belə demişdi: "Əgər Conni çəkilməyəcəksə, mən bu rolları – Niki və Danteni böyük məmnuniyyətlə oynayardım" Hesab edirəm ki, Oskar bir aktyor kimi istənilən obrazın öhdəsindən gələ biləcək gücdədir. Hazırda isə o, karyerasının ən zirvə nöqtəsindədir. Onun bu filmdəki oyunu... Mənim üçün buna 'oyun' demək belə çətindir... Mənə elə gəlir ki, o elə Nik və Dantenin özüdür".

# 1193 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

14:02 23 noyabr 2026
“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

12:59 21 noyabr 2026
Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

12:00 20 noyabr 2026
Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

Pattinsonun Ceyms Bond seçilməsində Ceff Bezosun da rolu olub

11:12 20 noyabr 2026
Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

Qəzza müharibəsi haqqında sənədli film 47 ölkədə nümayiş etdirildi

14:26 18 noyabr 2026
Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

Aktyorlar süni intellektə qarşı birləşdi – Rəqəmsal surətlərin istifadəsinə məhdudiyyət

12:47 18 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər