Məşhur parodiya filminin davamı çəkiləcək

Məşhur parodiya filminin davamı çəkiləcək
16 aprel 2026
# 11:00

1987-ci ilin əfsanəvi "Star Wars" parodiyası olan "Spaceballs"un uzun illərdir gözlənilən yeni versiyasının rəsmi adı açıqlanıb.

Kulis.az xəbər verir ki, aktyor Mel Bruks filmin rəsmi adının "Spaceballs: The New One" olduğunu deyib.

Filmin ən böyük sürprizi orijinal heyətin demək olar ki, tam tərkibdə qayıtmasıdır. Xüsusilə uzun müddətdir kinodan uzaqlaşan Rik Moranis yenidən ekranlara dönür. Onunla bərabər Mel Bruks, Bill Pullman , Dafni Zuniqa və Corc Vayner də öz məşhur obrazlarını yenidən canlandıracaqlar.

Filmdə yeni simalar da yer alacaq. "Anora" filminin ulduzu Coş Qad, Keke Palmer və Entoni Karriqanla yanaşı, heyətdə maraqlı bir ad diqqət çəkir. Orijinal filmin ulduzu Bill Pullmanın oğlu, "Top Gun: Maverick"dən tanıdığımız Luis Pullman da filmə daxil olub. Məlumata görə, o, filmdə atasının canlandırdığı Lone Starr obrazının oğlunu oynayacaq.

Rejissor kürsüsündə Coş Qrinbaumun əyləşdiyi "Spaceballs: The New One" filmi 23 aprel 2027-ci il tarixində kinoteatrlarda nümayiş olunacaq. Bu tarix orijinal filmin 40 illik yubileyinə təsadüf edir. Süjet xətti hələlik gizli saxlanılsa da, filmin təkcə "Star Wars"u deyil, həm də "Avatar" və "Harry Potter" kimi müasir blokbasterləri də parodiya edəcəyi gözlənilir.

# 1266 dəfə oxunub

Oxşar xəbərlər

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər