İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı
7 aprel 2026
# 13:18

İsveçli sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda film çəkilişlərinə başlayıb.

APA xəbər verir ki, isveçli rejissor jurnalistlərə açıqlamasında bildirb ki, bu, Naxçıvana üçüncü səfəridir: "40 dəqiqəlik filmdə Naxçıvan insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edilir. Filmdə mən Naxçıvanı canlı bir arxiv kimi göstərməyə çalışmışam. “Azərbaycanın Maçu Piçusu” adlandırılan möhtəşəm məkanı - Əlincə qalası kimi qədim qalaları, Ordubadın tarixi şəhər mühitini, o cümlədən unikal Qeysəriyyə kompleksini, insan yaradıcılığının ən qədim izlərini daşıyan Gəmiqaya qayaüstü təsvirlərini, həmçinin mənəvi dəyərlərin və yerli inancların bu gün də yaşadığı müqəddəs Əshabi-Kəhf ziyarətgahını lentə aldıq".

Mikael Silkeberq qeyd edib ki, “Yaddaşda yaşayan Vətən” adlı film Naxçıvanın zəngin intellektual və bədii irsini də əks etdirir.

Qeyd olunub ki, rejissorun bundan öncə çəkdiyi "Nuhun izləri” filmi Avropa da daxil olmaqla bir sıra ölkələrdə də nümayiş etdirilib.

“Yaddaşda yaşayan Vətən” filmi Cənubi Qafqazda məcburi köçkünlük yaşamış azərbaycanlıların mədəni irsinə, eləcə də mədəniyyətin yaddaş, sənət və ənənələr vasitəsilə necə yaşamaqda davam etdiyinə həsr olunub:

"Naxçıvan bu film üçün təbii və vacib çəkiliş məkanıdır. Bu, təkcə onun coğrafi yaxınlığı ilə deyil, həm də bu irslə dərin mədəni, musiqi və kulinariya bağlılıqları ilə əlaqədardır. Mən hiss edirəm ki, Skandinaviya ilə bu region arasında təbii bir yaxınlıq var. Hər iki məkanda insanlar yaxşı anlayır ki, landşaft, yaddaş və kimlik bir-biri ilə sıx bağlıdır. Hər iki mədəniyyətdə təbiət, tarix və mədəniyyət ayrılmazdır. Bu film eyni zamanda daha geniş bir dialoqun bir hissəsidi - Şimal və Cənub arasında, Skandinaviya ilə Azərbaycan arasında mədəni körpüdür. Ümid edirəm ki, bu sənədli film vasitəsilə beynəlxalq auditoriya Azərbaycanı yalnız mətbuat xəbərlərindən deyil, onun mədəniyyəti, insanları və insani hekayələri vasitəsilə tanıyacaq".

# 1043 dəfə oxunub

Oxşar xəbərlər

"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

11:00 22 sentyabr 2026
Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

13:30 20 sentyabr 2026
Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

Zvyaqintsevin adı Rusiyanın "qara siyahı"sında - Səbəb

18:40 18 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

12:00 17 sentyabr 2026
Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqintsevin "Minotavr"ı Fransanı "Oskar"da təmsil edəcək

11:00 17 sentyabr 2026
"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

"Görüş yerini dəyişmək olmaz" filminin ulduzu vəfat etdi

18:25 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər