“Hörümçək adam: Yeni gün” filminin əlavə çəkilişləri başladı

“Hörümçək adam: Yeni gün”  filminin əlavə çəkilişləri başladı
14 aprel 2026
# 12:12

Tom Hollandın baş rolda oynadığı “Hörümçək adam: Yeni gün” filminin çəkilişləri başa çatsa da, layihə üçün əlavə səhnələr lentə alınır.

Kulis.az xəbər verir ki, aktyor Tom Holland hazırda Londonda yeni səhnələrin çəkilişində iştirak edir.

Filmdə Hollandla yanaşı Zendaya, Seydi Sink, Ceykob Batalon, Con Bernthal, Mark Ruffalo, Trammell Tillman və Maykl Mando kimi aktyorlar rol alır.

Bildirilib ki, filmin bir neçə həftə əvvəl yayımlanan treyleri 1 milyard baxışı keçərək rekord qırıb.

Hadisələri “Hörümçək adam: Evə dönüş yoxdur” filmindən dörd il sonrakı dövrdə baş verən ekran işi Piter Parkerin həyatında yeni mərhələni əks etdirəcək.

Tom Holland son açıqlamasında əlavə çəkilişlərin səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, filmə daha çox yumor qatmaq və mənfi obrazın hekayəsini gücləndirmək üçün bəzi səhnələr yenidən işlənir.

“Sadəcə bəzi hissələrə son toxunuşlar edirik. Daha çox yumor əlavə etməyə çalışırıq və mənfi rolu daha maraqlı şəkildə təqdim edirik”, – deyə aktyor bildirib.

Qeyd edək ki, filmin rejissoru Destin Deniel Kretton, ssenari müəllifləri isə Kris MakKenna və Erik Sommersdir. Təxminən 150 milyon dollar büdcəsi olan film 31 iyul 2026-cı ildə kinoteatrlarda nümayiş olunacaq.

# 426 dəfə oxunub

Oxşar xəbərlər

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
Azərbaycanlı rejissorun filmi beynəlxalq proqrama seçildi

Azərbaycanlı rejissorun filmi beynəlxalq proqrama seçildi

13:00 13 may 2026
99-cu "Oskar" mükafatlarının aparıcısı bəlli oldu

99-cu "Oskar" mükafatlarının aparıcısı bəlli oldu

12:00 13 may 2026
79-cu Kann Film Festivalı: "Qızıl Palma Budağı" uğrunda kimlər yarışacaq?

79-cu Kann Film Festivalı: "Qızıl Palma Budağı" uğrunda kimlər yarışacaq?

11:30 13 may 2026
Bursada “Qaynana”  filmi nümayiş olundu

Bursada “Qaynana” filmi nümayiş olundu

16:30 12 may 2026
“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

09:43 12 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər