“Əriyən qar üzərində” sənədli filmi nümayiş olundu

“Əriyən qar üzərində”  sənədli filmi nümayiş olundu
9 oktyabr 2024
# 13:37

Rejissor Mojitaba Bahadurinin çəkdiyi “Əriyən qar üzərində” ("On melting snow") sənədli filmi nümayiş etdirilib. Sözügedən film “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalında “Yaşıl dünya naminə” kino mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, gənc rejissora mükafatı mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim edib.

“Əriyən qar üzərində” sadəcə sənədli film deyil, o, planetimizin xatirələrinin bir sənətkarın gözü ilə əks olunmasıdır.

Film həyatın, yaradılışın mahiyyətini, insanlıq və təbiət arasındakı mürəkkəb əlaqəni dərinləşdirir. Mojitaba Bahaduri Tehran İncəsənət Universitetində kino təhsili alıb və daha sonra təhsilini Parisdə davam etdirib. Parisdə o, məşhur Lui Lümyer məktəbi ilə əməkdaşlıq edərək operator və redaktor bacarıqlarını daha da təkmilləşdirib.

Qeyd edək ki, “DokuBaku” festivalı iqlim problemlərinə toxunan üç filmi təqdim edib. “Əriyən qar üzərində” filmindən əlavə, nominasiya edilmiş filmlər siyahısına “Küləyə qarşı” (“Against the wind”, Rusiya, rejissor Tatyana Soboleva) və “Latika” (Banqladeş, rejissor Samsul İslam Şopon) sənədli filmləri də daxil edilib.

# 1600 dəfə oxunub

Oxşar xəbərlər

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

14:16 12 mart 2026
“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

14:00 12 mart 2026
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlandı

Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlandı

10:26 12 mart 2026
Gəncədə kino günləri başladı

Gəncədə kino günləri başladı

17:50 11 mart 2026
"Dallas"ın ulduzu vəfat etdi

"Dallas"ın ulduzu vəfat etdi

13:44 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər