"Dyun" seriyasının növbəti hissəsi nə vaxt yayımlanacaq?

"Dyun" seriyasının növbəti hissəsi nə vaxt yayımlanacaq?
15 aprel 2026
# 13:20

Las-Veqasda keçirilən "CinemaCon" tədbirinin ikinci günündə "Warner Bros." studiyası kanadalı rejissor Deni Vilnyövün epik saqa-trilogiyasının sonuncu hissəsi olan "Dyun: Üçüncü hissə" (Dune: Part Three) filminin ilk kadrlarını nümayiş etdirib.

Kulis.az xəbər verir ki, rejissor tədbir iştirakçılarına filmin ilk 7 dəqiqəsini təqdim edib.

Kadrlarda döyüşə göndərilən döyüşçü qrupunun gəmisində qeyri-müəyyən taleyə hazırlaşaraq zikr etmələri və yerdən çıxan nəhəng qüllədən açılan şiddətli atəş səhnələri yer alıb.

17 illik zaman fərqi və yeni janr

Səhnəyə "Fremen" geyimində olan böyük bir heyətlə çıxan Deni Vilnyöv filmin əvvəlki hissələrdən tamamilə fərqli olacağını bildirib. Rejissorun sözlərinə görə, əgər birinci film "meditativ", ikinci film "müharibə dramı" idisə, üçüncu hissə daha çox triller janrında olacaq:

"Hadisələr ikinci hissədən 17 il sonra cərəyan edir və bu, tamamilə fərqli bir dünyadır. Pol öz hərəkətlərinin və qərarlarının nəticələri ilə üz-üzədir. Bu, daha çox bağışlanma hekayəsidir... Lakin filmin ürəyi Çani və Pol arasındakı sevgi hekayəsidir".

Aktyor heyəti və yeni personajlar

Tədbirdə rejissorla bərabər Timoti Şalame, Zendaya və Ceyson Momoa da iştirak edib.

Layihənin ən maraqlı yeniliklərindən biri Ceyson Momoanın qayıdışıdır. Aktyor izah edib ki, onun yeni personajı birinci filmdə həlak olan Dunkan Aydahonun hüceyrələrindən yaradılmış Heyt (Hayt) adlı varlıqdır.

Filmin əsas detalları:

Mənbə: Frenk Herbertin 1969-cu ildə nəşr olunan "Dyünün müshəfi" romanı əsasında çəkilib.

Yeni simalar: Robert Pattinson və İsaak de Bankole heyətə yeni qatılan adlar arasındadır.

Rekord: İlk iki film ümumilikdə 15 nominasiya üzrə 8 "Oskar" qazanıb və 1,1 milyard dollardan çox gəlir əldə edib.

Qeyd edək ki, "Dyun: Üçüncü hissə" filminin 18 dekabr tarixində kinoteatrlarda nümayiş olunacağı gözlənilir.

# 499 dəfə oxunub

Oxşar xəbərlər

"F1" filminin davamı nə vaxt çəkiləcək?

"F1" filminin davamı nə vaxt çəkiləcək?

12:15 29 may 2026
Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

Əfsanəvi türk müğənni Kazım Koyuncu haqqında film çəkiləcək

11:05 29 may 2026
Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

Şerlok Holmsun qatı düşməni qayıdır - Moriyartini kim oynayacaq?

10:40 29 may 2026
"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

18:50 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər