“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatdı

“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatdı
26 dekabr 2025
# 10:41

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin ikinci mərhələsi başa çatıb.

Kulis.az xəbər verir ki, bu mərhələdə 17 şirkət tərəfindən təqdim edilmiş 32 tammetrajlı bədii film layihəsi üzrə ilkin tələblərin uyğunluğu yoxlanılıb, eyni zamanda layihələrin tritmentləri bədii baxımdan qiymətləndirilib.

Layihələrin müsabiqə çərçivəsində müəyyən edilmiş mövzulara uyğunluğu, orijinallığı, əhəmiyyətliliyi və digər meyarlar əsas götürülüb.

Beləliklə, ümumilikdə 10 layihə - "8 gün" (“Alıoğlu Media Group” MMC), "Berqmana məktublar" (“Buta Film” MMC), "Dolu 2" (“CNF” MMC), "Varis" (“Dream Big Company”), "Mən, Lalə, bir də o" (İctimai Televiziya və Radio Yayımları Şirkəti), "Sonuncu qastrol" (“Karvan Production” MMC), "Xalı" (“Mediamaster” MMC), "Qələbə gülü" (“Narimanfilm” MMC), "Bir, iki, üç" (“Nova Gorica Kino Mərkəzi” MMC), "Rəqqa" (“Rakurs Film-Media” MMC) və "Türkmənçay" (“Şahdağ Film” MMC) - 3-cü mərhələyə keçib.

Qeyd edək ki, bu mərhələdə iştirak hüququ qazananlar müsabiqənin reqlamentinin üç nömrəli əlavəsində göstərilən sənədləri 1 ay müddətində Azərbaycan Respublikasının Kino Agentliyinə elektron qaydada təqdim etməlidirlər.

# 1636 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdam sənədli film festivalında iki ekran işi baş mükafat aldı

Amsterdam sənədli film festivalında iki ekran işi baş mükafat aldı

18:58 25 noyabr 2026
Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

14:43 25 noyabr 2026
“The Mosquito Bowl”:  Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

“The Mosquito Bowl”: Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

10:06 25 noyabr 2026
Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

14:02 23 noyabr 2026
“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

12:59 21 noyabr 2026
Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

12:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər