Məşhur klipin ssenaristi: “Onu qısametrajlı film kimi işləmişik” – Söhbət

Məşhur klipin ssenaristi: “Onu qısametrajlı film kimi işləmişik” – Söhbət
30 dekabr 2020
# 11:25

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə Kamalın bəstəsi ilə yazılmış “Vətən savaşı” mahnısı təqdim olunub. Mahnıya maraqlı bir kompozisiya da çəkilib. Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun timsalında bütün şəhidlərimizə ithaf olunan əsərdə Qarabağla bağlı yaddaqalan kadrlardan istifadə olunub. Kulis.az tamaşaçıların maraqla qarşıladığı layihənin ssenari müəllifi, APA TV-nin əməkdaşı, tanınmış jurnalist Orxan Məmmədli ilə bu haqda söhbəti təqdim edir.

- Orxan APA TV-nin bu layihəsinin ideyası necə yarandı?

- Biz APA TV-də şəhidlərə və qazilərə hərs olunan materialların fonuna fərqli musiqilər axtarırdıq. Bu mahnını da təsadüfən dinlədim. Mahnı nədənsə müharibə nostalgiyasına digərlərindən daha yaxın idi. Təkrar-təkrar dinlədim, o “nədənsə”ni tapanda rəhbərliyə təklif etdim ki, bu musiqiyə bir etüd çəkək. Daha sonra bu sözləri Leyla xanımın sosial şəbəkə hesabında paylaşdığını öyrəndim. Sən demə, mərhum Milli Qəhrəman general-mayor Polad Həşimova ithaf edibmiş. Elə paylaşımda da onun uşaqlarının fotosu vardı. Demək belə. Sözlərin motivinin haradan gəldiyini məlum edəndən sonra süjet xəttində də bunu əsas götürdük. Polad Həşimovun oğluna öz obrazını canlandırmağı təklif etdik. Uşaq haqlı olaraq etiraz etdi. Çünki bu, 4 ay ərzində bizim jurnalist həmkarlarımız onları rahat buraxmayıblar. Necə deyərlər, yaralarının qaysaq tutmağa qoymayıblar. Ona görə o yaşda Cavid adlı bir uşağı dəvət etdik. O da gümanlarımızı doğrultdu. Klipə baxanda fikir verin, Polad Həşimovun dəfnində oğlu Teymurun fotosundan keçid Cavidədir.

- Elədir, hə. İfa bir az hərbi üsluba yaxındır...

- Sözlərin özünün dramturgiyası var. Yəni sözbəsöz kadr çəkmək mənasız iş olardı. Fərqli amma bu sözləri ehtiva edəcək ssenari lazım idi. Rejissor Pərviz Həsənovun işlərinə də, baxış bucağına da bələd idim. Dəvət etdim. 2 gün müzakirələrdən sonra hazırlığa başladıq. Kütləvi səhnə aktyorlarını da nəzərə alsaq çəkilişlərinm ərsəyə gəlməsində 50 nəfərə yaxın adam var.

- Dörd dəqiqəlik kompozisiyada 20-dən çox adam işləyib... O cümlədən, peşəkar rejissor... Məşhur aktyorlarımız...

- Ən müasir texniki avadanlıqlarla çəkilən kompozisiyaya müəlliflərin sanbalına uyğun aktyorlar dəvət etmək qalırdı. Rejissor Pərviz Həsənovla belə qərara gəldik ki, Xalq artisti Vidadi Həsənov və Əməkdar artist Nəcibə Hüseynovanı dəvət edək. Yeri gəlmişkən, bu layihədə qazilərimiz Ülvi Qədir və Milli Qəhrəman Sahil Məmmədov da çəkilib.

- Gəlin, klipin başqa özəlliklərindən də danışaq. Yeni nə etdiniz burda?

- Bir az təvazökarlıqdan uzaq olar bəlkə... amma düşünürəm, bu, klipdən çox qısametrajlı film elementləri ilə zəngin bir işdir. Pavilyondakı şəhid şəkilləri 1990-lardan bu günə qədər tanıdığımız şəhidlərdir. Hətta paradda iştirak edib, sonra şəhid olan hərbiçimiz də oradadır. O şəkillər tanıdığımız, asılan boş mundirlər tanımadığımız qəhrəmanlardır. Boş çərçivələr isə ismi naməlum şəhidlərimizdir. Orada asılmış bloknot Əliyar Əliyevin yazdığı mətin döyüş yolunun Cəbrayıl Dövlətzadənin yanında olması da təsadüfi deyil. 3 paralel var burada. Övladları şəhid olan baba, nənə və nəvə, şəhid qadını və oğlu, müharibənin qəzavü-qədərindən sağ çıxan qazilər. Hər üç paraleldə qəhrəmanlarımız zəfər gününə, parada tələsir. Mahnın nəqəratındakı "kim ovudar kim" frazası da məhz bununla yekunlaşır. Bildiyimiz kimi general-mayor Polad Həşimova, polkovnik İlqar Mirzəyevə "Milli Qəhrəman" adını cənab prezident məhz qələbəni qeyd edəndən sonra verdi. Yəni siz qalib ordunun zabitləri və Milli Qəhrəmanlarısınız. Klip boyu uşağın ovcunda sıxdığı da məhz "Milli Qəhrəman" medalıdır.

- Sən özün də mahnı bəstələyir, gitarayla oxuyursan. Bir həmkar kimi Aydın Saninin ifasını bəyəndinmi?

- Aydın Sanini məşhur "Məni axtar darıxanda", "Kölgə" və "Get, gedirsənsə" mahnılarından tanıyıram və özünəməxsus tərzini təqdir edirəm. Aydın içi dolu adamdır. Təsadüfi deyil ki, o və rəhmətlik Aydın Xırdalanlı böyük izzət və hikmət sahibi olan Xırdalanın axundu Axund Azərin tələbələridir. Bu klipdəki mahnıya gəlincə, Leyla Əliyevanın Milli Qəhrəman Polad Həşimovun övladlarının timsalında bütün şəhid övladlarına ithaf etdiyi sözlər kifayət qədər mənalıdır, tərcüməsi də kifayət qədər uğurludur. Zənnimcə musiqinin həzinliyi sözlərdəki dramaturgiyanı özündə ehtiva edə bilib. Aydının ifasında melanxolik çalar olsa da, adamı yükləmir, musiqinin axarı adamı sözlərə daha çox diqqət kəsilməyə sövq edir. Yeri gəlmişkən, çəkilişlərdə bunu da nəzərə almışıq; söz və musiqi vizual həllin kölgəsində ikinci plana keçməsin. Keçmədi də.

- Komanda kimi ilk işiniz uğurlu alındı. Başqa layihələriniz varmı?

- Harada olursan ol, eyni qafalı insanlar birini-birini maqnit kimi çəkib bir yerə yığışırlar. Civə kimi də deyə bilərdim, amma civə zəhərlidir... Quruluşçu rejissor Pərviz Həsənov, rəssam Ceyhun Cəfərquliyev, prodüsser Fuad Cəfərov, operator Fahir İmamquliyev və rejissor Zaur Hüseynlə həm müzakirələr zamanı, həm də çəkiliş meydançasında asanlıqla anlaşırdıq. Biz problemin necə yaranmasını müzakirə etmədən birbaşa həll edirdik. Qısa zaman ərzində komanda olduğumuza görə də düşünürəm, işimiz uğurlu alındı. Qarabağla bağlı sənədli və qısametrajlı bədii film layihəm var. Eyni komanda ilə işləməyi düşünürəm. Təmin olunandan sonra layihəmizə start verəcəyik.

# 3158 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
#
#
# # #