“Cinema Talks” adlı panel müzakirəsi keçiriləcək

“Cinema Talks”  adlı panel müzakirəsi keçiriləcək
4 mart 2025
# 15:58

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da saat 10:00-da Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, nazirliyin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunacaq müzakirə zamanı Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılacaq.

Tədbirdə Azərbaycan kino sənayesindəki mövcud vəziyyəti təhlil olunacaq, eyni zamanda film istehsalı, bu sahədə infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzinə çəkiləcək. Paneldə həmçinin kinofestivalların və kino fondlarının müştərək istehsal üçün platforma kimi rolu, beynəlxalq müştərək filmlərin çəkilişindəki prioritetlər, kinoteatr infrastrukturunun inkişafı, regionlarda yeni kinoteatrların açılması, dublyaj sənayesinin dəstəklənməsi, "Baku Cinema Breeze" (BCB) kimi festivalların təşkilinin əhəmiyyəti, Türk dünyası ilə kino sahəsində birgə istehsalın (koproduksiya) təşviq olunması və digər mövzular üzrə fikir mübadiləsi aparılacaq.

Paneldə satış potensialı məhdud olan filmlərin istehsalına dəstək sisteminin yaradılması, yerli filmlərə olan tamaşaçı marağının artırılması üçün effektiv mexanizmlərin tətbiqi və xarici kino istehsalçılarının Azərbaycan ərazisində kino istehsalı istiqamətindəki potensial imkanlarının müzakirəsi də nəzərdə tutulur.

Qeyd edək ki, kino sənayesində çalışan rejissorlar, prodüserlər, aktyorlar, ssenaristlər, investorlar və kinoya maraq göstərən digər şəxslər üçün “Cinema Talks” yeni əməkdaşlıqlar qurmaq və fikir mübadiləsi aparmaq baxımından mühüm platforma rolunu oynayacaq.

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

Giray Altınokdan yeni serial: "Gustav"

Giray Altınokdan yeni serial: "Gustav"

17:50 24 fevral 2026
Lili Kollinz Odri Hepbern  obrazını canlandıracaq

Lili Kollinz Odri Hepbern obrazını canlandıracaq

15:00 24 fevral 2026
"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

12:00 23 fevral 2026
Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

10:30 20 fevral 2026
"Yuva"  filmi yenidən nümayiş olunacaq

"Yuva" filmi yenidən nümayiş olunacaq

15:40 19 fevral 2026
Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

15:04 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər