"Bu, kino deyil, hansısa nazirliyin problemidir" - Hilal Baydarovun "realist" etirafı

"Bu, kino deyil, hansısa nazirliyin problemidir" - Hilal Baydarovun "realist" etirafı
23 oktyabr 2025
# 18:10

Kinoşünas Sevda Sultanova tanınmış rejissor Hilal Baydarovun son müsahibəsi barədə təəssüratlarını şəxsi teleqram kanalında bölüşüb.

Kulis.az xəbər verir ki, o, rejissorla bir neçə dəfə rastlaşdığını və onun müsbət enerjisini hiss etdiyini vurğulayıb:

“Hilalın çox xoş aurası var, onunla söhbət etmək zövqlüdür. Amma bu dəfəki müsahibəsi mənə maraqlı gəlmədi. Fikirləri bir qədər ziddiyyətli idi”.

Sultanova qeyd edir ki, rejissorun sənətə yanaşmasında paradoksal məqamlar diqqət çəkir:

"Hilal deyir: “Realizm deyilən şey sənətin düşmənidir. Ona görə ictimai, sosial, məişət mövzulu filmlər məndə ikrah hissi yaradır, baxa bilmirəm. Əhməd əmi evinə 300 manat apara bilmir, uşağının problemi var – çox gözəl, drama dəhşət. Amma bu, kino deyil, hansısa nazirliyin problemidir”.

Kinoşünas bildirir ki, rejissorun bu fikirlərindən sonra özünün gündəlik məişət problemi barədə emosional danışması ziddiyyətli təsir bağışlayıb:

“Allahla problemim yoxdur, amma yaratdığı dünyadan nifrət edirəm. Palçığa bulaşıram. Mən Masazırda, Cantəpədə qalırdım. Geyinməyi xoşlayıram, amma geyinib şəhərə təmiz gəlmək ehtimalım yoxdur. O palçıqdan Xırdalan dairəsinə çıxmaq üçün bir saat vaxt lazımdır. Ayaqqabımın təmiz qalma ehtimalı yoxdur, halbuki səliqəli gəzməyi xoşlayıram”.

Sevda Sultanova qeyd edir ki, sosial problemləri kinoda “nazirliyin işi” sayan, amma real həyatda bu problemlərdən əziyyət çəkən rejissorun bu yanaşması təzad yaradır:

“Sosial reallığı sənətdə iyrənc sayan, amma həmin reallığın içində emosional yanğı ilə yaşayan Hilalın müsahibəsi ziddiyyətlərlə dolu idi”.

# 2956 dəfə oxunub

Oxşar xəbərlər

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər