“Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirildi

“Boşluğa xütbə”  filminin yaradıcı heyəti ilə görüş keçirildi
12 sentyabr 2025
# 14:23

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin baş ofisində “Boşluğa xütbə” filminin yaradıcı heyəti ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüş zamanı “Boşluğa xütbə” filminin Venesiya Beynəlxalq Film Festivalındakı uğurları və filmin beynəlxalq səviyyədə yaratdığı maraq müzakirə edilib.

Eyni zamanda gələcək əməkdaşlıq imkanları və Azərbaycan kinematoqrafiyasının beynəlxalq aləmdə tanıdılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda filmin rejissoru Hilal Baydarova Azərbaycan kinematoqrafiyasının inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub. Ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycan ədəbiyyatının, təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.

Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayıblar.

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər