"Blade Runner 2049" "HBO Max"ın ən çox baxılan filmi oldu

"Blade Runner 2049"  "HBO Max"ın ən çox baxılan filmi oldu
8 sentyabr 2026
# 11:40

Kanadalı rejissor Deni Vilnövün imzasını daşıyan "Ülgüc üzərində qaçan 2049" (Blade Runner 2049) filmi HBO Max rəqəmsal yayım platformasında ən çox izlənilən film olaraq siyahının birinci pilləsinə yüksəlib.

Kulis.az xəbər verir ki, nümayiş olunduğu dövrdə kassada gözlənilən uğuru qazana bilməsə də, kino tənqidçilərindən yüksək qiymət alan ekran işi rəqəmsal platformalardakı bu nailiyyəti ilə elmi-fantastika klassikləri arasındakı yerini bir daha sübut edib.

"Dyuna" (Dune) seriyasını böyük ekranlara daşıyaraq nəhəng kassa uğuruna imza atan Vilnöv bu layihəsindən əvvəl elmi-fantastika tarixinin ən kult əsərlərindən olan "Ülgüc üzərində qaçan"ın (Blade Runner) davamını lentə almışdı.

Eynilə Ridli Skottun 1982-ci il istehsalı olan orijinal filmi kimi ilk vaxtlar geniş kütlə tərəfindən kifayət qədər diqqət görməyən, lakin zamanla layiq olduğu dəyəri qazanan davam filmi izləyicilərin marağı sayəsində rəqəmsal yayım dünyasında yenidən qlobal fenomenə çevrilib.

Filip K. Dikin romanı əsasında ekranlaşdırılan ilk filmdən 30 il sonrakı hadisələrdən bəhs edən "Blade Runner 2049", üsyan edən insanabənzər maşınları ovlayan K adlı polisin (Rayan Qoslinq) hekayəsinə fokuslanır.

Vəzifə icrası zamanı onu maraqlandıran bir sirri kəşf edən K-nin çıxdığı təhlükəli səyahət onu Las-Veqas xarabalıqlarında gözlərdən uzaq həyat sürən təqaüdçü replikant ovçusu Rik Dekarda qədər aparıb çıxarır. Sürükleyici təhkiyəsi və unikal vizual möhtəşəmliyi ilə öne çıxan bu ekran işi ilk filmin fəlsəfi irsini uğurla gələcəyə daşıyır.

"Blade Runner" haqqında

"Ülgüc üzərində qaçan" (Blade Runner) — kiberpunk janrının ən mühüm nümayəndələrindən sayılan və vizual estetikası ilə müasir elmi-fantastika kinosunun təməl daşlarından biri hesab olunan film seriyasıdır. Hekayə qaranlıq, distopik bir gələcəkdə insanlıq, süni intellekt, kimlik və yaddaş kimi dərin fəlsəfi mövzuları araşdırır. İnsanlardan fərqlənməyən, lakin qısa ömürlü "replikant" adlandırılan bio-mühəndislik məhsullarının cəmiyyətdəki yeri və onlara qarşı olan münasibət franşizanın əsas süjet xəttini təşkil edir.

Deni Vilnöv — müasir dövrün ən istedadlı və vizual baxımdan ən iddialı kinorejissorlarından biridir. O, xüsusilə "Gəliş" (Arrival), "Blade Runner 2049" və "Dyuna" (Dune) kimi epik elmi-fantastika filmləri ilə həm tənqidçilərin, həm də izləyicilərin böyük rəğbətini qazanıb. Rejissor mürəkkəb mövzuları genişmiqyaslı vizual kadrlar və dərin atmosferlə birləşdirmək bacarığına görə Hollivudda xüsusi bir yerə sahibdir.

# 631 dəfə oxunub

Oxşar xəbərlər

Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

12:40 22 oktyabr 2026
“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

11:00 22 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər