“Birgə film istehsalına dəstək müsabiqəsi” elan edildi

“Birgə film istehsalına dəstək müsabiqəsi”  elan edildi
1 iyul 2026
# 12:49

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üzrə “Birgə film istehsalına dəstək müsabiqəsi” elan edib.

Kulis.az xəbər verir ki, müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər iştirak edə bilərlər.

Təqdim olunan layihələrin istehsalçılarından biri mütləq “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xarici prodüser meyarlarına cavab verən şəxs olmalıdır.

Müsabiqə yerli və xarici kino şirkətləri ilə birgə film istehsalının təşkili, stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilir. Müsabiqənin reqlamentinə görə, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan birgə film istehsalı baxımından prioritet ölkələr hesab olunurlar.

Layihələr qiymətləndirilərkən ortaq ictimai xadimlər və tarixi hadisələr haqqında olan, adət-ənənələri əks etdirən, ortaq dəyərlərin inkişafı və əlaqələrin gücləndirilməsinə xidmət edən filmlərə, eləcə də uşaq filmlərinə üstünlük veriləcək.

# 90 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:10 1 iyul 2026
Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

Adamyeyən köpəkbalığı, saraydan qaçan şahzadə... - Ən yaddaqalan 10 yay filmi

10:00 1 iyul 2026
Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı

18:30 30 iyun 2026
Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı oldu

Azərbaycan Ssenaristlər Gildiyasının təqdimatı oldu

14:30 30 iyun 2026
"2 Aile Arasında" filmindən ilk kadrlar yayımlandı

"2 Aile Arasında" filmindən ilk kadrlar yayımlandı

14:02 30 iyun 2026
"Həm kədərli, həm gülməli" üslubun müəllifi  - Onun hansı filmi qalmaqala səbəb olmuşdu?

"Həm kədərli, həm gülməli" üslubun müəllifi - Onun hansı filmi qalmaqala səbəb olmuşdu?

13:00 30 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər