Azərbaycan və Qırğızıstan kinematoqrafçılarının ortaq filmi Avropa festivalında

Azərbaycan və Qırğızıstan kinematoqrafçılarının ortaq filmi Avropa festivalında
4 mart 2026
# 16:42

Azərbaycan və Qırğızıstan kinematoqrafçılarının ilk ortaq istehsalı olan “Qırmızı ayaqqabılar” bədii filmi Avropanın məşhur Tampere Film Festivalının əsas yarışma proqramına daxil edilib.

Kulis.az xəbər verir ki, bu barədə filmin prodüserlərindən olan Nərmin Muradova məlumat verib.

Onun sözlərinə görə, 56 ildir Finlandiyanın Tampere şəhərində keçirilən festival bu il martın 4-dən 8-dək davam edəcək.

“Ekran əsəri 5 yaşlı Camalın hekayəsindən bəhs edir. O, kənddə nənəsi ilə yaşayır və bir gün evlərinə gələn gözəl bir qadının qırmızı ayaqqabılarını görür. Bu qadının onun anası olduğunu eşidən Camal yeni, yad, amma eyni zamanda doğma duyğularla qarşılaşır”,-deyə filmin prodüseri bildirib.

Qırğızıstanın “Tartaly” Fondu Azərbaycanın “Cinemedia” şirkəti tərəfindən istehsal olunan qısametrajlı bədii filmin ssenari müəllifi və rejissoru Alina Baitukova, prodüserləri Ayperi Muradbəyova və Nərmin Muradovadır. Filmin icraçı prodüseri Tünzalə Babayeva, rəng həlli Əliəskər Mirzəyev, səs rejissoru Nadir Mahmudovdur.

Qeyd edək ki, “Qırmızı ayaqqabılar” bədii filmi Azərbaycan Respublikasının Kino Agentliyinin post- prodakşn mərhələsində olan filmlər arasında keçirdiyi “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib gələrək maliyyə dəstəyi almışdı.

# 1668 dəfə oxunub

Oxşar xəbərlər

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər