Venesiya festivalı yekunlaşdı: Filmimiz yer tutmadı

Venesiya festivalı yekunlaşdı: Filmimiz yer tutmadı
13 sentyabr 2020
# 00:42

77-ci Venesiya Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, “Qızıl şir”i çinli qadın rejissor Çloe Zhaonun “Nomadland” filmi qazanıb və beləliklə Sofiya Koppaladan sonra (2010) ikinci qadın rejissor bu nüfuzlu mükafata layiq görülüb.

Baş rolunu Frensis McDormandın ifa etdiyi filmin ssenarisini Cesika Bruderin "Nomadland: 21-ci əsrdə Amerikanı xilas etmək" kitabı əsasında Çloe Zhao özü yazıb. Filmdə David Stratain, Linda May, Çarlene Svanki və Bob Vels kimi aktyorlar çəkilib.

"Pieces of a woman" adlı filmdəki rolu ilə Vanessa Kirbi Ən yaxşı akrisa seçilib.

Festivalın digər mükafatçıları aşağıdakılardır:

Gümüş şir (Jürinin böyük mükafatı): “Nuevo orden” (rej. Mişel Franso)
Gümüş şir (Ən yaxşı rejissor): Kiyoşi Kurosava - “Wife af a spy”
Ən yaxşı aktrisa: Vanessa Kirbi - “Pieces of a woman”
Ən yaxşı aktyor: Pierfransesko Favino - “Padrenostro”
Ən yaxşı ssenari: Çaitanya Tamhane - “The Disciple”
Jürinin xüsusi mükafatı: “Dear Komrades” – rej. Andrey Konçalovski
Ən yaxşı gənc aktyor və ya aktrisa: Ruhulla Zamani - “Sun children”

Bundan əlavə həvəsləndirici mükafatlar da (Orizzonti) sahiblərini tapıb.

Təəssüf ki, Azərbaycanlı rejissor Hilal Baydarovun festivala qatılan “Səpələnmiş ölümlər arasında” filmi heç bir yer qazanmayıb. Lakin o, Venesiya Film Festivalına qatılan və əsas mükafat üçün yarışan ilk Azərbaycan filmi kimi tarixə düşüb.

# 2605 dəfə oxunub

Oxşar xəbərlər

“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
"Avatar: Od və kül"  filminin yeni treyleri yayımlandı

"Avatar: Od və kül" filminin yeni treyleri yayımlandı

17:05 1 oktyabr 2025
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

11:00 1 oktyabr 2025
Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər