Öz filminə nifrət edən 10 nəhəng rejissor - Siyahı

Öz filminə nifrət edən 10 nəhəng rejissor - Siyahı
19 dekabr 2019
# 18:15

Bir çox məşhur Hollivud rejissorları çəkdikləri filmləri çox sərt şəkildə tənqid edir, hətta həmin filmləri rədd edirlər.

Kulis.az məşhur 10 rejissorun bəyənmədikləri filmlərini təqdim edir.

Gallery

“Grindhouse” – Quentin Tarantino

Oskar mükafatlı rejissor Quentin Tarantino 2007-ci ildə Robert Rodriqez ilə birlikdə çəkdiyi “Grindhouse” filmini heç vaxt bəyənmədiyini etiraf edib. Rejissor bildirib ki, "o iş bir xəta idi". Amma bu Tarantinonun özünə yad hesab etdiyi yeganə filmi deyil. O, illər əvvəl ssenarisini yazdığı “Təbii doğulan qatillər” (“Natural Born Killers”) filminə də nifrət edir.

Gallery

“Alien 3” – Devid Finçer

“Sosial şəbəkə”, “Döyüş klubu”, “İtkin qız” kimi sevilən filmlərin rejissoru Devid Finçer “Alien 3” filmini bəyənməyib. Finçer bu filmi çəkərkən “20th Century Fox” prodakşnla tez-tez mübahisə yaşayıb. Bu mübahisələrin nəticəsində məyusluq yaradan “Alien 3” filmi ərsəyə gəlib. Film 2009- cu ildə yayımlanan zaman Finçer “bu gün heç kim mənə məndən daha çox nifrət edə bilməz”, demişdi.

Gallery

“Qorxu və istək”- Stenli Kubrik

1953-cü il istehsalı olan müharibə mövzusunda çəkilən bu film Stenli Kubrikin ilk işi idi. Nəhəng rejissorun filmoqrafiyasının ən qarışıq və anlaşılmaz istehsallarından biri olaraq şərh edilən “Qorxu və İstək” Kubriki çox utandırıb. Rejissor “çox qabiliyyətsizcə, naşılıqla, qəribə bir şey çəkdim. Bir uşağın soyuducu üzərində rəsm çəkməsi kimi bir film çəkmişəm”, deyib.

Gallery

“The Underneath”- Stiven Soderberq

1995- ci ildə Stiven Soderberq “Seks, yalanlar və videotəkrar” filminin aktyoru Piter Qallaher ilə hardasa unudulmaqda olan 1949- cu il istehsalı olan “Tne Underneath” filmini yenidən çəkmək istəsə də bu işbirliyinin nəticəsi çox da parlaq olmadı. İşindən özü də məmnun qalmayan Soderberq bu işə ürəyini qoymadığını etiraf edib.

Gallery

“Hanna və onun bacısı”- Vudi Allen

1986- cı il istehsalı olan bu komediya filmi Vudi Allenin ən yaxşı işlərindən biri kimi dəyərləndirilsə də, rejissora “ən yaxşı orijinal ssenari” Oskarını qazandırsa da, Vudinin gözündə ucala bilmədi. Bu film haqqında “dəhşətli şəkildə batırdığımı hiss edirəm”, deyən Vudi xüsusilə də filmin sonluğundan şikayət edir: “O hissə məni məhv edir”.

Gallery

“Dune” – Devid Linç

Devid Linç Frank Herbertin kitabından ssenariləşdirdiyi filminin şanssızlıq olduğunu düşünür. Onun söylədiyinə görə, “Mavi məxmər” filmi onun yaradıcılığını daha yaxşı ortaya qoya bilib. “Dune” haqqında həddindən artıq effektdən istifadə etdiyini deyən Linç, film yayımlanandan əvvəl və sonra adının yaradıcı heyətin siyahısında çəkilməməsini istəyib.

Gallery

“Sevgi qarmaqarışıqlığı” – Devid Russel

Devid Russel bu komediya filmini 2008- ci ildə çəkməyə başlamışdı, ancaq iki il sonra bu layihədən ayrılıb. Səbəb isə büdcə problemləri idi. Ancaq buna baxmayaraq “Sevgi qarmqarışıqlığı” filminin çəkilişləri 2015- ci ilin fevralında başa çatıb nümayiş olunur. Çəkilişləri 7 il çəkən filmdən Russel imtina edərək filmin rejissoru hissəsində “Stefen Qren” saxta adından istifadə edib.

“Amerikansayağı hekayə” – Toni Key

Filmin rejissoru Toni Key hamının bəyəndiyi bu filmi özü bəyənmədiyini etiraf edib. Filmdən o qədər zəhləsi gedib ki, filmin ona aid olmadığını söyləyib, hətta adını filmdən çıxartdırmağa belə cəhd edib. O filmin rejissoru kimi İngilis istehsalı cizgi film qəhrəmanı olan Hamti Damptinin adının yazılmasını təklif edib.

Gallery

“Qadın istədi” – Kifer Suzerland

Rejissorluğundan daha çox aktyorluğu ilə tanınan Kifer Suzerland bu filmin çəkiliş proseslərinə başlayanda belə məmnun deyildi. Ona görə də filmin nümayişinə başlananda rejissorun adını “Alan Smit” olaraq yazdırıb. Bir müddət filmin həqiqətən Alan Smit adlı rejissora məxsus olduğu bilinsə də, həqiqətə qısa müddət sonra meydana çıxıb.

Gallery

“Betman Robin” – Coel Şumaxer

Corc Kluneu 1997- ci ildə bu filmdə rol aldığı üçün pərəstişkarlarından üzr istəmiş və rejissor Coel Şumaxer də film haqqında peşmanlıq duyduğunu dilə gətirmişdi. O, Kristofer Nolanın cəsarətini qısqandığını və onun işlərinə bənzəyən işlər görmək istədiyini etiraf etmişdi.

Gallery

# 3998 dəfə oxunub

Oxşar xəbərlər

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

09:39 25 noyabr 2024
Aktrisa yeni serialda - "Kral kaybederse"

Aktrisa yeni serialda - "Kral kaybederse"

09:37 25 noyabr 2024
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
#
#
# # #