Kann festivalının vaxtı məlum oldu: yeniliklər, sürprizlər, filmlər…

Kann festivalının vaxtı məlum oldu: yeniliklər, sürprizlər, filmlər…
4 iyun 2021
# 09:43

74-cü Kann festivalı iyulun 6-dan 17-dək keçiriləcək. Amerikalı Spayk Linin sədrlik edəcəyi münsiflər heyəti hələ açıqlanmayıb.

Bu haqda Kann festivalının səlahiyyətli nümayəndəsi Tyeri Fremo mətbuat konfransında bildirib. Qeyd edib ki, “Kann premyeraları” adlı yeni seksiyanın yaradılması festival həyatında ilkdir. Bu seksiya artıq seçilmiş və təsdiqlənmiş kinorejissorlar uçun nəzərdə tutulur.

Festivalda digər yenilik ətraf mühit məsələlərinə həsr edilmiş müvəqqəti xarakterli seksiya olacaq. Festival hələ aprelin ortalarında ətraf mühitə təsirlərin azaldılmasına yönələn bir sıra tədbirlər, eləcə də akkreditə olunmuş jurnalistlərin töhfələri ilə bağlı məlumat vermişdi.

Logistika məsələlərinə gəldikdə isə festivalın səlahiyyətli nümayəndəsi bildirib ki, COVID-19 epidemiyasının öhdəsindən hələ gəlinməyib. Ona görə, virusun yayılmasının qarşısını almağa və çox ehtiyatlı olmağa çağırış edib.

Vurğulayıb ki, Kann festivalının “Qızıl Palma” ali mükafatı uğrunda mübarizəyə qatılacaq 24 filmdən 4-nün rejissoru qadındır.

Festival Leos Karaksın “Annette” filmi ilə açılacaq, bağlanış üçün sürpriz film gözlənilir.

Ümumiyyətlə, münsiflər heyətinə rəsmi olaraq 61 film təqdim olunacaq.

# 2575 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər