İsveç televiziyasında Xocalı haqqında film nümayiş olunacaq

İsveç televiziyasında Xocalı haqqında film nümayiş olunacaq
26 fevral 2020
# 18:40

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmış "Sonsuz dəhliz" filmi 10 milyona yaxın izləyicisi olan İsveçin Açıq İctimai Televiziyasının efirində nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan sənədli filmi Bakı Mətbuat Klubunun Skandinaviya bürosunun və İsveç İctimai Televiziyasında "Azərbaycan TV" proqramının rəhbəri Rahim Sadıqbəylinin təşəbbüsü ilə efirə gedəcək.

Film İsveç vaxtı ilə 26 fevral 2020-ci il saat 21:30-da efirdə yayımlanacaq.

Xatırladaq ki, sözügedən filmin premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. "Sonsuz dəhliz" sənədli filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

İngilis dilində çəkilmiş filmin subtitrləri Leyla Əliyevanın təşəbbüsü ilə Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub. Bundan əlavə, film rus dilinə dublyaj edilib.

“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern şəhərlərində təqdimatı olub.

2015-ci ilin avqustunda İsrailin Birinci dövlət televiziya kanalında (“Channel 1”) “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.

2015-ci ilin dekabrın 3-də "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin İspaniyanın Barselona şəhərindəki "Girona" kinoteatrında premyerası keçirilib.

# 3634 dəfə oxunub

Oxşar xəbərlər

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
Kino tarixində ilk: 100 illik obraz böyük ekrana qayıdır

Kino tarixində ilk: 100 illik obraz böyük ekrana qayıdır

11:30 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər