İkinizi də allah öldürsün, səni də, Hitleri də! - Şedevr səhnələr

İkinizi də allah öldürsün, səni də, Hitleri də! - Şedevr səhnələr
16 mart 2021
# 16:58

Kulis.az İkinci Dünya müharibəsinə aid çəkilmiş ən yaxşı Azərbaycan filmlərindən olan “Bizim Cəbiş müəllim”in ən maraqlı deyimlərini təqdim edir.

***

- Bu quyruğun hər tükü elmə xidmət eləyəcək. Amma yadınızda saxlayın, icazəsiz quyruq qırxmağa heç kəsin ixtiyarı yoxdur.

***

- Uşaqlar yeyiblər?
- Lap elə tutaq ki, yeyiblər. Uşağa da soğan-çörək verərlər ay başına dönüm?
- Bəli də, yenə də başladı. Görmürsən ki, müharibə gedir?
- Kor deyiləm, görürəm. Amma xalxın da kişiləri var da, gül kimi uşağını da saxlayır, arvadını da. Bir mən külbaşın, bəxti qaradır.
- Uşaqlar, ananız bir az əsəbləşib, bu sözləri ürəkdən demir.
- Olmayaydı burda uşaqlar, gör necə boşaldardım ürəyimi.

***

- Bu xalça nəyinə gərəkdir? Neynirsən axı bunu? Bircə xalçan çatışmırdı. Bir aləm şey verərlər buna. Yarım kilo şit yağ, bir kilo parça qənd, iki kilo da yumurta poroşoku, sapsarı kəhrəba kimi. Az şeydi bəgəm, hə?
- Əlbəttə. Amma bizim Cəbiş yaman istəyir bu xalçanı. Qaynatamdan qalıb.
- Qaynatamdan qalıb, ay hay. Çox böyük şeymiş. Ağız, bir gör nəyə oxsayırsan, vaxsey... Heç güzgüdə özünə baxmısan. Az, bazara çıxarıb uşaqlar üçün xalçanı dəyişərsən. O rəhmətliyin də ruhu şad olar.

***

- A kişi, a kişi, dayan a kişi. Aaa bu hara getdi? Bu kağız mənə döyül. Bu kağız mənə döyül, mənə döyül. Bu boyda şəhərdə Məmmədov təkcə bizik? Mənə niyə gətirmisən bunu? Apar bircə. Bu nədi gətirmisən?
- Sizədir, elə şey olar? Birinci il deyil ki, tanıyıram sizi. Vallah sizədir.
- Mənə döyül, mənə döyül. İstəmirəm, apar. Hardan gətirmisən, apar ora. Heç bu da sözdü.
- Ay qərdeş, gör, bu kağız mənədü? Mənə döyül axı. Vayy. Mənə döyül axı. Mənə döyül axı. Ay bala, mənədü?
- Bilmirəm.

- Nə yeyirsən belə?
- Jmıx. Ləzzət.
- Tulla o yana. Qarın ağrısına düşərsən. Adam jmıx yeməz. Jmıxı yeyər inək, qoyun, dəvə. Sən dəvəsən?
- Nə düşmüsən uşağın üstünə? Dəvə nöş olur uşaq? Acdır tifil, jmıxı mən vermişəm ona. Güclə tapıb vermişəm.
- Xalça hanı?
- Suğra xala apardı?
- Suğra xala niyə?
- Ona görə ki, o, sənin uşaqlarının halına səndən çox yanır.

***

- Mənə bax hey… Niyə qanunu pozursuz? Kim sizə ixtiyar verib ki, hökumətin qanununu pozasız?
- Kimdi qanunu pozan, a bacı?
- Birinci elə siz, invalidi fronta aparırsız.
- Eeh.
- Görün, bunun üstündə mən sizi tutdururam ya yox
- A bacı, mane olmayın. Bunu bura kim buraxıb?
- Əşşi qışqrıma üstümə, arvadın-zadın deyiləm sənin. Demişəm, deyəcəm də. İndi də başlamısız invalidləri fronta aparmağa.
- A bacı, a anam, nə invalid? Hansı invalid? Göstər o invalidi mənə görüm.

***

- Sən öz balalarının halına yan. Xəbərin var ki, hamının boğazı gəlib. Boğazları ağrıyır. Başa düşürsən? Bax, heç vecinə də almır.
- Mən neynim axı? Müharibəni mən başlamışam ki.
- İkinizi də allah öldürsün, səni də, Hitleri də

- Bəs atam hanı? Atamı yaddan çıxarmışıq
- O bizi yaddan çıxarıb. Cəbiş! Ay Cəbiş! Balalarıvı yetim qoymaq istəyisən?

***

- Adə, bunlar neynib, qapını neyçün bağlayıblar? Adə, hansı nadürüst bağlayıb bu qapını. Tez olun açın buranı. Açın buranı deyrəm sizə. Qonşu, ay qonşu, sən allah aç qapını
- Orda neynirsiz?
- Adə rəhmətliyin oğlu adam burda neyləyər. Tez ol aç qapını. Bombalar töküldü başımıza

***

- Ağəz, ay qız, hara getdin? Əşşi üstümü islatmışdın. Mənə bax, bizim uşağı görməmisən ki?
- Nə uşaq?
- Ee, mənim uşağımı deyirəm də.
- Uşağın olub bəyəm?
- Ee qadam ağzına. Doğan vaxtımdı elə. Tanyanı deyirəm də.
- Tanya-manya bilmirəm
- Əmanətdü e, əmanətdü. Tanya? Bu hara getdi? Yoxa çıxdı ki. Tanya!

***

- Pulun var sənin?
- Sənin yox sizin?
- Nə olar, sizin olsun. Pulun var sizin? …Elə bu?
- Ərimin yarım aylıq maaşıdı.
- Nə danışırsan? Ay sənin ərinə qurban olum, tut bunu.

- Ay yoldaş, sənədlərini göstər.
- Kimi?
- Sənədlərini
- Bax, bu mənim azad olmağım haqda kağız, bu arayış bu da mənim qrijam. Qripgi, yəni, ayaqda göbələk. Bu da ki sidik kisəmdə daş. Var. Hamısı yazılıb.

***

- Bura bax, sən çox atdanıb-düşmə. Başa düşdün? Atdanıb-düşmə. Makedonla dostluq eləyirsən, başımıza çıxmayacaqsan ki?
- Makdenosuz da cavabıvı verə bilərəm.

***

- Cəbiş müəllim olmasaydı heş bunu da verməyəcəkdilər.
- Bizim Cəbiş də işə yarıyırmış

***

- Ata, sən dezertirsən?
- Namiq!!!

***

- Bu nədi?
- Buna deyərlər hədiyyə. Bu gün sənin günündü. Anadan olmusan.
- Nədi bu? Necə qəşəngdi? Ay allah. Neçə vaxtdı sabun üzünə həsrət qalmışdıq. Hardan tapmısan?
- Özüm düzəltmişəm.

***

- Hələ bişirmək istəmir
- İstəmir? Sındıra bilmədin onu?
- Sındırram.
- Qızıl içində üzəcəksən. Hər gün uşaqlar ət yeyəcək. Ət nədi, toyuq çığırtma, fisincan, canım sənə desin, qovurma. Bu zamanada sabun milyon deməkdir. Sən onu birtəhər başa sal. Qalanı mənim boynuma.

***

- Mən müəllimlik edirəm, səngər qazıram. Gecələr yatmıram. Hamısını da ona görə edirəm ki, məni cəbhəyə aparmasalar da, xalqa, dövlətə bir xeyrim dəysin. Yatanda da bunu düşünürəm.
- Offf!!! Necə bağrıma basardım onu, necə basardım
- Kimi?
- Həmin o tankı ki, səni basacaqdı. Heyf. Mənə deyən lazım idi ki, ay axmaq, niyə qoymadın aparsınlar bunu fronta.
- Mən sabun bişirməyəcəm!

- Uşaqlar dala durun, çəkilin. İndi Namiqlə Makedon vuruşacaqlar.

***

- Əgər bir vaxt başa düşsən ki, səni nəyin üstündə vurdular, onda bəlkə səndən adam oldu

***

- Acından belə eləyirlər e

***

- Bəs pencəyin hanı?
- Pencəyi neynirik? Pencəyimiz yoxdur, əvəzində çörəyimiz, yağımız, qəndimiz var. Yeyin, mənim şoppana balalarım.

***

- Cəbiş müəllim, şalvarınız batıb. Cəbiş müəllim, nədi bu belə. Sabuna oxşayır. Elədir ki, var, sabundur.

***

- Bəh-bəh, kül o faşistlərin təpəsinə ki, sən onların başında yumurta sındıracaqsan
- Tanya evdədir?
- Salamın harda qaldı, ay cüvəllağı. Eybi yox, orda sənə ədəb-ərkanla durub-oturmağı öyrədərlər.

***

- Olar sizə ordan məktub yazım?
- Adə, o məktubları anava yazarsan

***

- Vətəndaş, göstərin görüm bu çamadanda nə var?
- Heç nə, baxın, görürsüz heç nə yoxdu.
- Yoxdu, yoxdu da... Daha gülmək neycün?

# 3010 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #