Kitab sərgisi

Beynəlxalq film festivalı başladı - Biz də ordayıq

Beynəlxalq film festivalı başladı - Biz də ordayıq
7 oktyabr 2021
# 10:41

Cənubi Koreyanın Pusan şəhərində 26-cı beynəlxalq film festivalı işə başlayıb.

Kulis.az tədbirin təşkilat komitəsinə istinadla xəbər verir ki, oktyabrın 6-da Pusandakı Kino Mərkəzində festivalın açılış mərasimi keçirilib. Oktyabrın 15-dək davam edəcək festival günlərində Cənubi Koreyanın ikinci böyük şəhəri olan Pusanın 6 kinoteatrında 70 ölkədən 223 film təqdim olunacaq. Kinosevərlər festivala təqdim olunmuş qısametrajlı filmləri isə yutub və naver platformalarında seyr edə biləcəklər.

Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi A kateqoriyalı Pusan beynəlxalq film festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin filmi festivalın “Kim Jiseok” adına əsas mükafatı uğrunda yarışacaq 7 filmdən biridir. Filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Film oktyabrın 8-də, 10-da və 14-də Pusanın müxtəlif kinoteatrlarında nümayiş olunacaq.

Cənubi Koreyada pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu bir vaxtda film festivalı kimi kütləvi tədbirin keçirilməsinə dair şübhələr olsa da, təşkilatçılar sonda festivalı onlayn deyil, ənənəvi qaydada keçirməyə qərar veriblər. Festival çərçivəsində forum, seminar və ustad dərsləri də keçiriləcək.

Qeyd edək ki, Pusan beynəlxalq film festivalı Asiyanın ən böyük kino tədbiri hesab olunur. Festival 1996-cı ildən bəri hər il təşkil edilir.

# 3134 dəfə oxunub

Oxşar xəbərlər

“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
"Avatar: Od və kül"  filminin yeni treyleri yayımlandı

"Avatar: Od və kül" filminin yeni treyleri yayımlandı

17:05 1 oktyabr 2025
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

11:00 1 oktyabr 2025
Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər