Amaliya Pənahovanın barelyefinin açılışı olub - Fotolar

Amaliya Pənahovanın barelyefinin açılışı olub - Fotolar
2 avqust 2021
# 12:01

Xalq artisti Amaliya Pənahovanın yaşadığı evin qarşısında aktrisanın barelyefinin açılış mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri Anar, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azərpaşa Nemətov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Rasim Balayev və aktrisanın digər həmkarları iştirak edib.

Təqdimat mərasimində çıxış edən Anar Kərimov Amaliya Pənahovanın Azərbaycan teatr sənətində tutduğu yerdən danışıb. Nazir bildirib ki, Amaliya Pənahovanın teatr sənətiimizdə özünəməxsus rolu var: “Amaliya xanım Sovet dövründə əməkdar artist , xalq artisti adlarına layiq görülüb. Müstəqillik dövründə də xidmətləri yüksək dəyərləndirilərək Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bizim teatr sənətimizdə onun böyük rolu var. Bu gün bu barelyefin açılışı ilə Amaliya xanımın adının əbədiləşdirilməsi ona dövlətimizin diqqətinin nümunəsidir. Dövlətimiz mədəniyyətimizə xidmət edən sənətkarların əməyini daim yüksək qiymətləndirib. Arzu edək ki, bundan sonra da bizim teatr sənətimizdə Amaliya xanım kimi sənətkarlar olacaq”.

Sonra mərasim iştirakçıları Amaliya xanım haqqında xatirələrindən danışaraq Allahdan ona rəhmət diləyiblər.

Qeyd edək ki, barelyefin müəllifi Xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.

# 3157 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər