Ssenarisini Gülse Birselin qələmə aldığı və komediya həvəskarlarının böyük maraqla gözlədiyi "2 Aile Arasında" filminin çəkilişləri davam edir.
Kulis.az xəbər verir ki, ekran işinin çəkiliş meydançasından ilk görüntülər tamaşaçılara təqdim olunub.
BKM şirkətinin istehsalı olan və rejissorluğunu Ozan Açıktanın etdiyi ekran işi 2017-ci ildə kinoteatrlarda böyük uğur qazanan "Aile Arasında" filminin davamıdır.
"2 Aile Arasında" komediyası 4 dekabr 2026-cı il tarixində nümayiş olunacaq.
Filmdə əsas rolları Demet Evqar, Engin Günaydın, Erdal Özyağcılar, Devrim Yakut, Ayta Sözeri və başqaları canlandırır.