“Yuğ” mövsümü bağlayır, amma...

 “Yuğ”  mövsümü bağlayır, amma...
17 iyun 2011
# 13:15
YUĞ Dövlət Teatrında yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir. “Məsəl, ya əməl” adlandırılan tamaşa Azərbaycanda maarifçilik hərəkatının aparıcı simalarından olan Üzeyir Hacıbəyovun və Cəlil Məmmədquluzadənin felyetonları əsasında hazırlanıb. Kulis.az-a verilən məlumata görə, tamaşada Mirzə Ələkbər Sabirin şeirlərindən də istifadə olunub.

Bu tamaşa ilə YUĞ Dövlət Teatrı növbəti bir eksperimenti sınaqdan keçirir. Belə ki, teatr bu dəfə tamaşanı söz üzərində qurmağa çalışıb. Tamaşada hərəkətlər bilərəkdən minimuma endirilib. Məqsəd SÖZ məfhumunun parlaq şəkildə çatdırılması, SÖZün ruhunun minimum hərəkətlər vasitəsilə çatdırılmasından ibarətdir.

Tamaşanın quruluşçu rejissoru Vidadi Həsənovdur. Tamaşada YUĞ Teatrının və YUĞ-un nəzdində fəaliyyət göstərən “Axın” Studiyasının aktyorları çıxış edirlər. Rolları Yaqut Paşazadə, Qasım Nağı, Ruslan Şöhrətoğlu, Oqtay Mehdiyev və Amid Qasımov ifa edirlər.
Rejissor assistenti Aytən Məmmədova, musiqi tərtibatçısı Mələk Vəlizadədir.

Tamaşanın premyerası sabah olacaq.

İyunun 25-də isə A.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanan “Birinci akt” tamaşası ilə bağlayacaq. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şerifdir. Janrı futuroloji aksiya kimi müəyyənləşdirilən tamaşada Çaykovsikinin “İlin çağları” musiqisindən istifadə olunub.

Onu da qeyd edək ki, mövsüm iyunun 25-də bağlansa da, iyulun ortalarına qədər teatrda məşqlər davam edəcək. Hazırda gənc rejissor Aytən Məmmədova Y.Onilin “Qarağaclar altında məhəbbət” əsəri əsasında “Kölgə” adlı tamaşa hazırlayır. Tamaşa üzərində məşqlər yekunlaşmaq üzrədir. Mövsümün sonunda tamaşaya daxil baxış keçirildikdən sonra premyeranın vaxtı dəqiq müəyyənləşəcək. Tamaşanın premyerası növbəti mövsümə nəzərdə tutulur.

Onu da qeyd etmək lazımdır ki, YUĞ Dövlət Teatrı iyunun 21-27-də Lənkəran şəhərində keçiriləcək Yeni Teatr II Ümumrespublika Festivalında məhz bu tamaşa ilə iştirak edəcək.

Ramilə Qurbanlı
# 2066 dəfə oxunub

Oxşar xəbərlər

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

16:57 15 may 2026
"Oskar"lı ulduzdan böyük layihə

"Oskar"lı ulduzdan böyük layihə

14:17 15 may 2026
Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

13:53 15 may 2026
Uill Smit "Oskar" qalmaqalından sonra  ekranlara qayıdır

Uill Smit "Oskar" qalmaqalından sonra ekranlara qayıdır

13:15 15 may 2026
“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

11:03 15 may 2026
“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər