Dahi rejissorun altı arvadı, yeddi uşağı və tənhalığı
17 iyun 2011
12:37
İsveç rejissoru İnqmar Berqmanı çox təntənəli təqdim etmək olar: məsələn, intellektual fəlsəfi kinonun son ustalarından biri, “insan təbiətinin rentgeni”(Berqmanın yaradıcılığında əsas mövzu ənənəvi ailənin, dinin, fərdin böhranı, insanlar arasındaki mürəkkəb vəziyyətdir), saysız-hesabsız mükafatların laureatı....
Berqman mənim üçün o hər şeydən əvvəl maraqlı insandır. Buna əmin olmaq üçün onun filmlərini izləmək, “Laterna Magika” avtobioqrafik kitabını oxumaq lazımdır.
Nizam-intizamdan yoruldu
Berqman 1918-ci ildə İsveçin Upsala şəhərində doğulub. Onun atası kral ailəsində keşiş idi və ciddi nizam-intizamı ilə fərqlənirdi.
Ciddi nizam-intizamdan yorulan Berqman 19 yaşında evdən qaçır. Dramatik studiyada işləyir, parklarda uşaq tamaşaları qoyur, pyeslər yazır və nəhayət, özünün kiçik teatrını yaradır.
Stokholm universitetində ədəbiyyatı və incəsənət tarixni öyrənən rejissor başqa ssenariləri redaktə edirdi. Bir neçə il sonra isə özünün sseanrisi əsasında “İztirab” filmi çəkilir.
“Ellenlə bir-birimizin qucağına atıldıq”
25 yaşında Berqman aktrisa Else ilə evlənir və tezliklə onların qızı doğulur.
Arvadı Helsinqborq teatrına rəhbərlik edən ərindən rəfiqəsi Ellen Lundstremi xoreoqraf kimi işə götürməyi xahiş edir. Gözəl, həssas istedadlı Ellen Berqmanın diqqətini çəkir: “Uzun müddət düşünmədən biz Ellenlə bir-birimizin qucağına atıldıq”.
Tezliklə Ellen hamilə qalır. Və iki il sonra Berqman ikinci dəfə evlənir.
“Mənim 6 uşağım vardı... qəlbim qan ağlayırdı”
Yazda onların əkiz qızları doğulur. Ailənin böyüməsi Berqmana maddi çətinliklər yaradır. 1951-ci ildə İsveç kinosənayesinin vergilərin artmasına etiraz olaraq film istehsalını dayandırması rejissora maddi mənada ağır zərbə idi. Bununla belə, həmin ərəfədə o, üçüncü dəfə evlənir. Bu dəfə jurnalist Qun Qrutla. Qunun ondan oğlu doğulmuşdu. İşsiz Berqman hər üç ailənin qayğısına qalmalı idi: “Mənim 6 uşağım vardı, işlər pis idi və qəlbim qan ağlayırdı”.
“Monika” ilə eşq macərası
Berqman yaşamaq üçün reklam çarxları çəkirdi. Kinoya embarqo götürüləndən sonra o, iki əla film çəkdi: “Qadınlar gözləyir” və “Monika ilə yay”.
Rejissorun budəfəki çəkilişləri də sevgi macərasız ötüşmədi. “Kino işi güclü erotik hisslər yaradır”, - deyən rejissorun aktrisa Harriert Anderssonla çılğın sevgi romanı Qunla boşanmaya gətirib çıxardı.
Pula görə komediya çəkdi
Berqman 1955-ci ildə çəkdiyi “Yay gecəsnin təbəssümü” komediyasından sonra daha çox tanındı. Film Kann festivalında xüsusi mükafat aldı: “Mənə pul lazım idi. Və düşündüm ki, ən yaxşı yol komediya çəkməkdir. Qarşıma kifayət qədər mürəkkəb texniki tapşırıq qoyacaq və riyazi münasibətə əsaslanan komediya çəkmək istəyirdim”.
“Yeddinci möhür”lə ölüm qorxusunu yendi
Həmin il rejissor özünün dahiyanə filmlərindən birini – “Yeddinci möhür” filmini çəkdi. ”Svensk Filmindustri” filmi az büdcə və 35 gün ərzində çəkməyi şərtini irəli sürmüşdü. Berqman tapşırığın öhdəsindən gəldi və studiyanın həyətindən natura kimi istifadə etdi.
Orta əsrlər əfsanəsinə əsaslanan filmdə cəngavər ölümlə qarşılaşır və ondan niyə yaşadığını anlamaq üçün vaxt istəyir. Berqman etiraf edir ki, bu filmdən sonra o, ölüm qorxusundan azad oldu.
Allahın sükutu
1959-cu ildə Berqman pianoçu Kebi Laretei ilə evlənir. Onlar birlikdə yaşayırlar. İlk baxışda nikah iki uğurlu patnyorun sarsılmaz ittifaqı kimi görünürdü. Kebi qastrollara gedir, Berqman isə film çəkir, tamaşa qoyurdu. Oğulları Daniel isə etibarlı əllərdə idi.
Məhz həmin dönəmdə Berqman musiqi ilə ciddi maraqlanır.
Bu illərdə o həm də “Allahın sükutu” trilogiyasını (“Güzgüdə olduğu kimi”, “Qışda işıq” və “Səssizlik”) ekranlaşdırır. Trilogiyada qəhərmanlar həyatın amansızlığı və absurdluğu ilə razılaşamır, ağıllarını itirirlər.
Beşinci evlilik
“Persona” fəlsəfi dramının çəkilişləri zamanı o, norveçli aktrisa Liv Ulmanla yaxınlaşır. 1967-ci ildə onların qızı doğulur. Berqman birgə yaşayışı düşünərək, Baltik dənizinin Farö adasında ev inşa etdirir, amma nikah tezliklə sona çatır.
Nəhayət ki, Berqman 1971-ci ildə sakit ailə həyatına qovuşur. O, beşinci dəfə evlənir və arvadı İnqrid van Rozenlə yeni evə köçür.
Kinoya son
“Oskar” almış ”Fanni və Aleksandr” filmindən sonra Berqman gözlənilmədən kinodan getdiyini və həyatını teatra həsr etdiyini bəyan edir. 1990-cı illərdə Berqman teatrda tamaşalar qoyur, avtobioqrafik romanlar, ssenarilər yazır və onları ancaq ən yaxın adamlarına ekranlaşdırmağa icazə verir. 1987-ci ildə isə onun “Laterna Magika” avtobiqrafik əsəri çıxır.
Arvadı İnqridin ölümündn sonra Berqman Före adasında tənha yaşayırdı. Çox nadir hallarda qohumları ilə əlaqə saxlayrdı.
2007-ci ildə dünyasını dəyişən Berqman ömrünün son illərini təklikdə yaşayıb və yeni ssenarilər yazıb: “Yeni insanlarla ünsiyyət mənə çətindir. Mən məmnuniyyətlə telefonla danışıram. Telefonu əla şey hesab edirəm. Bu aparatla dostlarımla ünsiyyətdən zövq alıram. Amma indi mən tənhalıqda vaxt keçirirəm. Tamlıqla. Və bu mənim xoşuma gəlir. Belə öz vəziyyətimə qatlaşmaq daha asandır”.
Vudi Allen Berqman haqda
(ixtisarla)
Berqmanın ölümü haqda mən İspaniyanın şimalında yerləşən əsrarəngiz Ovedyo şəhərciyində film çəkdiyim zaman eşitdim. Ümumi dostumuzun zəngi məni çəkiliş meydanında yaxaladı. Berqman bir dəfə mənə demişdi ki, o, günəşli gündə ölmək istəmir. Mən ondan uzaqda idim və mənə ancaq ümid etmək qalır ki, o, bütün rejissorların arzuladığı, o qədər də isti və çox tutqun olmayan havanı yaxalaya bilib.
Sənətə romantik baxışı olan və onu müqəddəs hesab edən insanlara artıq demişəm ki, sonucda sənət heç kəsə qurtuluş bəxş etmir. Siz dahiyanə əsərlər yaratssanız belə (Berqman isə bizə çoxlu sirayətedici əsərlər hədiyyə edib), onlar sizi qapınızı döyən uğursuz taqqıltıdan xilas etməyəvcək. ”Yeddinci möhür” filminin finalında ölüm cəngavər və onun dostlarının söhbətini kəsir. Və bir iyul günündə ölümə məhkum insanı tərənnüm edən rejissor öz qaçılmaz sonunu təxirə sala bilmədi. Öz əsrimdə tanıdığım ən yaxşı rejissor həyatdan getdi.
Bir dəfə zarafatla demişdim ki, sənət-intellektualın katolisizmidir, yəni ölümdən sonrakı həyata sadəlöhv inamdır. Fikrimcə, ən yaxşısı öz şəxsi mənzilində yaşamağa davam etməkdir, nəinki tamaşaçıların və ya oxucuların ağlında, qəlbində yaşamaq. Şübhəsiz ki, Berqmanın filmləri yaşayacaq, onları muzey və televiziyada göstərəcəklər, DVD-də buraxacaqlar. Amma bu yalnız miskin bir kompensasiyadır.
Onun xarakterini bildiyimdən, əminəm ki, o, sonsuz bir sevinclə özünün istənilən filmlərindən birini daha bir il yaşamaq üçün dəyişərdi.
Berqman kinoprosesin özündən zövq alırdı. Fiımləri haqda olan rəylər onu az maraqlandırırdı. Onu layiq olduğu halda qiymətləndirəndə bu ona xoş gəlirdi, hərçənd bir dəfə mənə etiraf etdi: “Kiməsə mənim filmim xoş gələndə bu məni qıcıqlandırır”.
Onu filmlərindən gələn gəlir maraqlandırmırdı. Hətta prodüserlər ona zəng edib həftəsonu satılan biletlərin sayını deyəndə, elə həmin an rəqəmləri unudurdu: “Həftənin ortalarında onların nikbinliyi yox olacaq”.
Tənqidçilərin onun tərifləməsi xoşuna gəlirdi, amma onun buna qətiyyən ehtiyac yox idi. O, tamaşaçının filmlərindən zövq almasını istəyirdi. Hərçənd, o filmlərini həmişə aydın və anlaşılan çəkmirdi.
Berqman teatrallığın ustası idi (və yeri gəlmişkən, o, dahi teatr rejissoru idi), amma onun kinosu təkcə teatrdan yox, təsviri sənətdən, musiqidən, ədəbiyyatdan və fəlsəfdən qidalanırdı. Nüfuzedici kinopoemalar yaradaraq, o, insan varlğının, şüurunun ən dərin suallarının araşdırırdı: ölüm, sevgi, sənət, Tanrının sükutu, insan münsaibətlərinin mürəkkəbliyi, dini şübhələrin əzabı, uğursuz nikah, tənhalıq.
Və bununla belə, Berqman özünün hədsiz istedadından əmin deyildi və qadınlarla münasibətində sadə idi. O, özünün qəribə İsveç ləhcəsi ilə amansız dünyada insanın dəhşətli rolu haqda dərin fikirlər söyləyirdi. Bu daha çox belə səslənirdi: “Vudi, mən səfeh bir yuxu görmüşəm: guya mən çəkiliş meydançasına gəlmişəm və heç cür kameranı harda qurmağa qərar verə bilmirəm. Eyni zamanda gözəl anlayıram ki, bu işin ustasıyam və artıq onunla uzun müddətdir ki, məşğulam. Sən belə əsəbi yuxular görürsən?” və ya beləsi: “Necə düşünürsən, tamamilə hərəkətsiz kamera ilə film çəkmək maraqlı olardı? Kamera hərəkətsiz yerində dayanır, aktyorlar sadəcə, kadra gəlir, sonra isə çıxır. Yoxsa, hamı mənı güləcək?”
Mənə bu ideya o qədər cəlbedici gəlməsə də, amma dahinin əlində o güman ki, nəsə xüsusi bir şeyə çevrilərdi. Hər halda onun yaratdığı kinodil kinorejissoruluğu köhnə dəblə öyrənən adamlara tamamilə absurd görünə bilər.
Özünün qəribəliyinə və fəlsəfi dini ideyalara aludəçiliyinə baxmayaraq Berqman anadan hekayəçi doğulmuşdu.
Biz hərdən onunla telefonda uzun-uzadı söhbətlər edərdik. O, adada yaşayırdı və bir dəfə də olsun onun dəvətini qəbul etməyə cürətim çatmadı. Çünki təyyarələrdə üçmağı sevmirəm.
Biz həmişə filmləri müzakirə edirdik və mən təbii ki, ona söhbətimizi aparmaq imkanını verirdim, çünki onu sadəcə dinləmək mənə son dərəcə xoş idi.
O hər gün film izləyirdi, bu onu heç zaman yormurdu. Hər cür film-səsli, səssiz. Yuxuya getmək üçün o həmişə fikir gərginliyi tələb etməyən və həyəcanı susduran film izləyirdi, hətta bəzən Ceyms Bond haqda hər hansı filmi.
Kinematoqrafiyanın bütün dahi üslubçuları kimi (Fellini, Antonioni və ya Bunyuel kimi) Berqman bəzən tənqidçilərin tənələrinə tuş gəlirdi. Hətta bəzən bu sənətkarlar yanılsa belə, onların filmləri həmişə bütün dünyada milyonlarla tamaşaçının qəlbində dərin iz qoyur. Kinematoqrafiyani daxildən bilən insanlar - rejissorlar, ssenaristlər, aktyorlar, montajçılar, operatorlar - Berqmanın yaradıcılığına böyük ehtiramla yanaşırlar.
Məndən soruşurdular: “O sizə necə təsir edib”. Cavab verirdim: “O mənə heç cür təsir edə bilməzidi. O, dahi idi, mən ki, dahi deyiləm, dahiliyi isə öyrənmirlər, necə ki, həqiqi sehrbazlığı öyrənmək
olmur”.
Berqmanın filmləri ilk dəfə Nyu Yorkda göstəriləndə mən yeni başlayan yumorist idim və gecə klublarında çıxış edirdim. Eyni zamanda, Qruço Marksın və Berqmanın təsiri altına düşmək olamı? Buna baxmayaraq, mən hər halda onda nəsə mənimsəyə bildim. Elə bir şey ki, bu nə dahilikdən, nə də istedaddan asılıdır. Amma onu doğrudan da öyrənmək və şüurlu şəkildə özündə inkişaf etdirmək olar. Bunu, adətən, aydın olmayan “əməyə münasibət” frazası ilə ifadə edirlər, əslində isə bu sadəcə, şəxsi intizamdır.
Onun timsalında mən ən yaxşı nəticəyə nail olmağı öyrənmişəm. Hazrda mən buna malikəm. Başgicəlləndirici uğura tabe olmadan bir-birinin ardınca çəkmək, çəkmək.
Bütün ömrü boyu Berqman 60-dan çox film çəkib. Mən isə hələ otuz səkkiz. Əgər onun filmlərinin keyfiyyəti ilə ayaqlaşa bilməsəm, bəlkə, heç olmasa sayca ona yaxınlaşa bildim.
Hazırladı: Sevda Sultanova

1201 dəfə oxunub
Oxşar xəbərlər
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?
09:00
21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü
16:24
20 noyabr 2024