Lənkəranda teatr Festivalı olacaq.
Festival iyun ayının 21-dən 27-ə kimi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilir
Bu barədə kulis.az-a Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov məlumat verib. “Ölkənin 15-dən artıq nüfuzlu sənət ocağının qatılacağı festivalda hər gün bir neçə tamaşa nümayiş olunacaq.
Lənkəran teatrı özü də iki tamaşa ilə çıxış edəcək .”
İslam Həsənov hazırda kollektivin paralel olaraq üç əsər – Mirzə Fətəli Axundovun “Sərgüzəşti vəziri-xani Lənkəran”, Kamran Nəzirlinin “Şeytan işığı” və Maarif Məmmədovun “Sovqat” pyesi üzərində işlədiyini bildirib.
Gələcək planlardan danışan direktor Moskvadan və Kiyevdən dəvət olunan rejissorların quruluşunda Molyerin “Zorən təbib” və Karpenko-Karonun “Bəxti gətirməyənlər” əsərlərinin motivləri əsasında tamaşalar səhnələşdiriləcəyini və teatrsevələrə təqdim olunacağını diqqətə çatdırıb.
Ramilə Qurbanlı

Oxşar xəbərlər
Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi
13:30
13 oktyabr 2026
İlon Mask haqqında sənədli film ətrafında qalmaqal
12:30
13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu
11:01
13 oktyabr 2026
Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"
10:26
13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu
10:09
13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı
14:07
12 oktyabr 2026