Otellonu, Aydını yenidən yaradan rejissor - ESSE
6 may 2011
13:38
Cənnət Səlimovanın milli dramaturgiyamıza yanaşması barədə sıravi tamaşaçı qeydləri
Dünya mədəniyyətində və ədəbiyyatında bir çox keçilmiş prosseslər, daxili komplekslər var ki, müəyyən obyektiv səbəblər ucbatından biz hələ də bunlardan yaxa qurtara bilmirik. Liberal, demokratik cəmiyyətdə yaşamağımıza baxmayaraq, bəzi hallarda nədənsə bunu unuduruq, cəmiyyətdə baş verən bəzi hadisələrə yenə də konservativcəsinə yanaşırıq. Biz hələ də hansısa klassik şairimizi, yazıçımızı bəyənmədiyini bəyan edən həmvətənlərimizə qaşqabaqla baxırıq, hansısa klassik sənət nümunələrimizə alternativ münasibətə qısqanclıqla yanaşırıq.
Ədəbiyyatda bu qısqanclıq müəyyən dekonstruktiv əsərlərə münasibətdə özünü göstərirsə, teatrda da klassik tamaşaların səhnələşdirilməsində özünü büruzə verir. Bu yazıda da məqsədimiz Xalq artisti Cənnət Səlimovanın qurduğu bir neçə tamaşa əsasında, klassik əsərlərin iyirmi birinci əsrdə səhnəyə gətirilməsiylə bağlı şəxsi fikirlərimizi yazmaqdı.
Burada isə son yüz ilin ən aktual sualı ortaya çıxır – klassikaya sərbəst yanaşma olar, yoxsa olmaz.
Son yüz ildə zəmanənin daxili ritminin, sürətinin və ən əsas da insanın şüurunda gedən dəyişikliklər təbii ki, sənət aləminə də təzahür edir. Klassika artıq olduğu kimi dərk edilməkdə problemlər yaradır. Əlbəttə bu o demək deyil ki, bütün klassik əsərlər dərk olunmaz bir səviyyəyə çatıb, yox, amma belə demək olarsa, klassikanı olduğu formada dərk etmək qabiliyyətinə malik insanların faizi sürətlə aşağı düşməkdədir. Məhz buna görə də qərb ölkələrində artıq əlli ildir ki, klassik əsərlərin müasirləşdirilmiş formada oxuculara təqdim olunması prossesi gedir.
Əslində dahi əsəri dövrə-zavana bağlayan yalnız zahiri atributlardır, məna-mahiyyət isə əbədidir, ümumbəşəridir. Bu baxımdan hansısa klassik əsəri qismən də olsa müasirləşdirmək, onun sadəcə paltarını dəyişməyə bənzəyir. Əsər bundan heç nə itirmir. Elə qərbdə Şekspirin, Molyerin əsərlərinin dəfələrlə müasir formada ekranlaşdırılması, yaxud səhnələşdirilməsi buna sübutdur ( Leonardo di Kaprionun Romeonu oynadığı və bütün fabulası atışma, güllələnmə üzərində qurulan Hollivud filmini xatıralmaq kifayətdir). Düzdür, bəzən klassikaya bu cür sərbəst yanaşma naşı, təcrübəsiz sənətkarlar tərəfindən həyta keçirilir və bu zaman əsər müasirləşdirilərkən məzmundan, mahiyyətdən də xeyli itirmiş olur. Amma bunda qorxulu heç nə yoxdur. Şekspiri beş yüz ildir bütün dünyada səhnələşdirirlər və bu tamaşaların içində yalnız on faizi keyfiyyətli tamaşa olur, amma Şekspir yaradıcılığı bundan məncə heç nə itirmir.
Bizim səhnəmizdə də son iyirmi ildə klassik mili və dünya dramaturgiyasına müxtəlif yanaşma tərzi ortaya qoyulub ki, bunların hər biri öz istiqamətində böyük nailiyyətlər əldə ediblər. Bu mənada nümunə üçün sadə bir tamaşaçı kimi əsasən üç rejissorun adını çəkmək istərdim – klassik dramaturgiyanın bütün kanonlarını qoruyub saxlayan və klassik əsərləri sırf klassik üslubda səhnələşdirməyə üstünlük verən Azərpaşa Nemətov, («Hamlet», «Afinalı Timon» və sair) , klassik əsərlərə tam sərbəst və fərdi ekspression yanaşma ortaya qoyan Vaqif İbrahimoğlu ( «Otello», «Füzuli silsiləsi» və sair) və bu iki rejissora nisbətən ortaq mövqedə dayanan Cənnət Səlimova («Şeyx Sənan», «Xırs quldurbasan», «Məkkəyə gedən yol» və sair).
Cənnət Səlimova müəyyən mənada liberal istiqamət götürən rejissorlardandır. Onun istər dünya klassikasına, istərsə də milli klassik dramaturgiyamıza münasibəti buna sübutdur.
Ümumilikdə son iyirmi ildə Cənnət xanımın milli klassikamızdan “Xırs quldurbasan”, “Lənkaran xanının vəziri”, «Məkkəyə yol», «Fırıldaqçıların əsri», «Şeyx Sənan» və «Aydın» tamaşalarını səhnələşdirib ki, bunların hər birində özünəməxsus bir istiqamət götürüb. «Şeyx Sənan» və «Lənkaran xanını vəziri» əsərlərinə ənənəvi yanaşma hökm sürür; «Xırs quldurbasan» tamaşasına məxsusi şeirlər və musiqi yazdırılaraq pyes qismən operetta halına salınıb; «Fırıldaqçıların əsri»ndə milli klassikamızdan götürülmə üç fırıldaqçının birləşdirilmiş obrazları ön plana çəkilir; «Məkkəyə yol» nəsr əsərinin səhnə versiyasıdır. Nəhayət «Aydın»da əsərin süjet xətti qismən, dialoqların mətni isə təmamilə dəyişdirilib yenidən yazılmışdır.
Milli klassik dramaturgiyamıza müraciətin məhsulu olan bu bir neçə tamaşada ümumilikdə Cənnət xanımın haqqında danışdığımız mövzuya fərdi münasibəti özünü büruzə verir – yəni klassikanı müasir dövün tələblərinə uyğunlaşdırarkən maksimum ehtiyatla və peşəkarcasına hərəkət etmək. Tam klassik üslubda səhnələşdirilmiş «Şeyx Sənan»dan başlayaraq, mətni demək olar ki, tam dəyişdirilmiş «Aydın»a qədər bütün tamaşalarda bu ehtiyatlı yanaşma xətti özünü göstərir. Yəni əsərdə nəsə dəyişdirilib müasir tearın tələblərinə uyğunlaşdırılırsa, bu, dramaturqun ideyasına, düşüncəsinə, məfkurəsinə xələl gətirilmədən həyata keçirilməlidir.
Hətta ən çox dəyişikliyə və sərbəst yanaşmaya məruz qalan «Aydın» tamaşası da Cəfər Cabbarlının qoyduğu ideyadan kənara çıxmır. Cənnət xanım klassik əsərlərin yalnız zahiri görünüşünü dəyişir, mənaya məzmuna isə çox həssas yanaşır ki, bu da klassik dramaturgiyaya böyük daxili məhəbbət və hörmətdən irəli gəlir. Cənnət xanımın klassik əsər qurarkən öz erudisiyasını, intellektini və istedadını nümayiş etdirməyi düşünmür. Əgər belə olsaydı, o da klassikaya çox sərbəst yanaşaraq, əsəri istədiyi hala salaraq yalnız öz təxəyyülünü, ideyalarını ön plana çəkərdi, əsərin hansı hala düşməyi isə onu maraqlandırmazdı. Yəni bəzi rejisorlarımızda olduğu kimi klassik əsər artıq məqsəd yox vasitə olardı; rejissorun öz fərdi ideyasını tamaşaçıya yeritməkçün vasitə. Bu isə o deməkdir ki, rejissor özünü, öz ideya və düşüncələrini göstərməklə məşğuldur, klassik dramaturqu kobudluqla bir kənara itələyib özü onun yerində oturub. Belə rejissorları qoyduğu əsərin mahiyyətinin tamaşaçıya çatdırılması maraqlandırmır. Əlbəttə bu da qəbul olunmuş bir yanaşmadır ki, dünya teatrında son əlli ildə buna çox rast gəlinir.
Lakin Cənnət xanım bu yolu tutmayıb. Onun üçün məqsəd öz şəxsi «EQO»sunu tamaşaçıya yeritmək yox, məhz klassik dramaturqu, onun əsərlərini, ideya və düşüncələrini müasir tamaşaçıya çatdırmaq, sevdirməkdir. Əgər bunu eləmək üçün köhnə əsərin müəyyən mənada tozunu silmək, sırf köhnə dövrə bağlı hansısa məqamlardan imtina etmək, yaxud əksinə müasir teatra xas olan hansısa yenilikləri əlavə etmək lazımdırsa, Cənnət xanım tərəddüd etmədən bunları böyük peşəkarlıqla həyata keçirir. Çünki yenə təkrar edirik, məqsəd milli dramaturgiyamızın klassikasını müasir tamaşaçıya sevdirməkdir.
Başqa sözlə desək, Cənnət xanım klassik dramaturqumuzu önə çəkir, tamaşaçı qarşısına çıxarır, özü isə sanki onun kölgəsinə çəkilir. Çünki Cənnət xanım artıq çoxdan özünü təsdiq etmiş rejissorlardandır və onun «mən bunu bacarıram», «mən bunu edə bilirəm» deyə tamaşaçıya özünü göstərməsinə ehtiyac yoxdur.
Cənnət xanım kimi orta xətti tutan rejissorlar bir çox hallarda hər iki radikal tərəfdən tənqid atəşinə tutulmuş olurlar. Əgər konservatorlar onu klassikaya sərbəst yanaşmada ittiham edirlərsə ( belələri üçün təbii ki, azın-çoxun fərqi yoxdur, klassikaya cüzi də olsa dəyişiklik böyük qısqanclıqla qarşılanır) , əksinə yenilikçilər belə rejissorları qorxaqda, ifrat ehtiyatlılıqda ittiham edirlər. Lakin nəzərə almaq lazımdır ki, tamaşaçı kütləsinin böyük hissəsi məhz Cənnət xanım kimi orta xətti tutan rejissorların əsərlərini sevirlər.
Əgər sırf konservativ yol tutan rejissorların tamaşalarını yalnız klassikanın bütün incəliklərini gözəl bilən, dərinliklərindən xəbərdar olan tamaşaçılar başa düşürsə, əks tərəfdə dayanıb ifrat yenilikçi, sərbəst yanaşmanı təbliğ edən rejissorların əsərləri də məhz yenilikçi düşüncəyə malik tamaşaçılar tərəfindən qiymətləndirilir. Əslində isə hər iki tərəfdə dayanan tamaşaçılar isə o qədər də çox deyil. Tamaşaçıların böyük faizi məhz orta nöqtədə dayananlardır ki, onlar klassik əsərlərin konservativ üslubda səhnələşdirilməsindən yorulur - əlbəttə, 21-ci əsrlə tamaşaçı kütləsini 4 saat zalda oturmağa məcbur etmək çox çətindir. O, klassik əsərlərə ifrat novator münasibətdən isə diksinir, əsəbləşir, çünki geniş tamaşaçı kütləsi bu cür sərbəst yanaşmanı tam həzm edə bilmir.
Cənnət xanımın tamaşalarının hər biri haqqında ayrılıqda danışmaq, bu tamaşalara fərdi yanaşmanı açmaq, çoxsaylı maraqlı rejissor tapıntıları barədə yazmaq fikrimiz yoxdur. Bunun üçün sənətşünaslar, alimlər var. Sadəcə adi tamaşaçı nəzəriylə yanaşanda, bizə məhz Cənnət xanımın yanaşması daha uğurlu görünür: klassikaya münasibətdə böyük məhəbbət və bu məhəbətdən doğan ehtiyatlılıq. Məhz ona görə də Cənnət xanımın klassikadan qoyduğu tamaşaçılar daha geniş auditoriya cəlb edir, daha böyük tamaşaçı kütləsi tərəfindən sevilir.
Çünki sıravi tamaşaçı klassik əsərə baxarkən nə uzunçuluqdan yorulub-usanır, nə də hansısa qeyri-adi məqamlardan diksinərək əsəbləşir. Zənnimizcə, qloballaşmanın bütün dünyanı başına götürdüyü, milli mədəniyyət nümunələrinin az qala lazımsız sayılaraq bir kənara atıldığı bir dövrdə, öz milli dramaturgiya nümunələrimizin unudulmaması və müasir tamaşaçı kütlələri tərəfindən sevilməsi üçün məhz Cənnət xanımın yolunu tutmaq lazımdır. Əlbəttə, bu, asan deyil. Bunun üçün həm müasir dövrü, həm də klassik mədəniyyətimizi dərindən hiss etməklə bərabər, böyük sənətkar peşəkarlığı və istedad lazımdır. Bir də məhəbbət - həm klassik mədəniyyətimizə, həm də ümumilikdə sənətə məhəbbət. Əsl sənət məhəbbəti isə lovğalıq və xudbinlik sevmir. Çünki lovğalıq və xudbinlik başlanan yerdə əsl sənət qurtarır. Bunu isə tamaşaçı dərhal hiss edir.
Kənan Hacı

1252 dəfə oxunub
Oxşar xəbərlər
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?
09:00
21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü
16:24
20 noyabr 2024