“Isssız adam”ı oğurlamaqda ittiham olunan şəxs danışdı
10 noyabr 2012
08:30
Bir müddət əvvəl türk mətbuatında ingilis rejissoru Stiv Makkuinin “Utanc” filminin ideyasını türk kinematoqrafçısı Çağan Irmakın “Issız adam” filmindən oğurlaması haqda fikirlər səslənmişdi. Bir neçə rejissorun eyni mövzunu işləməsini oğurluq adlandırmaq absurddur. Hər müəllif eyni mövzuya tamamilə fərqli rakurslardan yanaşır. Bu baxımdan Irmakın “Issız adam”ı böyük auditoriyanın rahat baxa biləcəyi melodramadır, fiziki hissləri sevgidən yuxarıya qoyan qəhrəman sonda aşiq olur. Üstəlik, filmi daha çox fərdin dramı kimi qəbul edirik.
Makkuin isə əksinə, “Utanc”da Maykl Fassbenderin qəhrəmanının simasında seksual asılılığı olan adamları ümumiləşdirir, hekayəni psixoloji drama çevirir, daha dərin qatlara enir: fiziki istəklər dominant olanda dünya eybəcərləşir, sevgi öləndə insan deqradasiyaya uğrayır, insanlıqdan çıxır.
“Zeit” qəzetində verdiyi müsahibədə rejissor Stiv Makkuin film və onun ideyasının hardan qaynaqlanması haqda danışıb.
- Seksual asılılıq mövzusuna niyə müraciət etdiniz?
- İnternet xəbərlərində müntəzəm, seksə ehtiyacı olan insanlar haqda oxuyuram. Mövzu mənə maraqlı gəldi. Hərçənd, əvvəllər seksual asılılıq haqda düşünəndə, film çəkmək ağlıma da gəlməmişdi. Bundan az adam əziyyət çəkmir və ona görə də mövzuda maraqlı dram üçün material gördüm.
– Seksual mübtəlalığı başqa asılılıqlardan nə fərqləndirir?
- Seks, içki və ya narkotik asılılığı eyni şəkildə strukturlaşır. İstəyin məqsədi istisna olmaqla elə bir fərq yoxdur.
- Filmə hazırlıq prosesi zamanı belə insanlarla söhbət etdinizmi?
- Nyu-Yorkda yaxşı ekspertlər kimi tanınan üç terapevtlə söhbətləşdim. Sonra onlar öz asılılıqları barədə danışmağa hazır olan adamları bizlə görüşdürdülər. Biz çoxlu söhbətlər etdik və problemi diqqətlə araşdırdıq. Ssenarilərimi hər şeydən əvvəl öz araşdırmalarıma əsasən işləyirəm.
- Filmin qəhrəmanı Brandon seks mübtəlalığı ilə həyatındakı hansı boşluğu doldurmağa cəhd edir?
- Filmdə bilərəkdən Brandonun həyatında məhz nəyin çatmadığı barədə sualları cavabsız saxladıq. Mən istədim ki, hər tamaşaçı onu bu asılılığa nəyin vadar etməsi haqda özü düşünsün. Amma söhbət ondan getmir ki, seks mübtəlalığını ekzotik və ya nəsə sirlə dolu bir şey kimi göstərmək istəmişik, əksinə, çalışmışıq ki, publika filmi asan qavrasın.
- Filmdə qəhrəmanın xoşbəxt olmayan keçmişi qaranlıqda qalır.
- Brandonun keçmişdə ailəsi ilə nə yaşadığı, asılılığın səbəbləri mənə maraqlı deyildi. Keçmişin nəticələri, onun asılılıqla necə davranması daha vacib idi.
- Sizcə utanc nədir?
- Utanc dərin alçaldıcı hissdir. Həmin adamlarla müsahibələrdə dəfələrlə utanc hissilə toqquşdum və bu, sonradan filmin adına çevrildi. Seksual asılılığı olan adam özünün seksual ekspansivliyindən geri, reallığa qayıdanda həmişə düşünür: "lənət şeytana, nə edirəm”. Üzüntü hissi ona basqı altında saxlayır. Sonra o, bu dərin utanc hissini sıxışdırıb aradan çıxartmaq üçün, yenidən növbəti kəskin seksual hisslər yaşamalıdır. Utanc hissinin terapiya olub-olmadığını bilmirəm. Amma bu asılılıqdan xilas olmaq çətindir. Ümumiyyətlə, vücud aspekti hər iki filmimdə mühüm rol oynayır. “Aclıq” dramında Bobby Sands (İrlandiya Respublika Ordusunun üzvü-S.S.) aclıq edərək həbsdə bədənini silaha çevirdi. O azadlığı qəbul edir və yemək yemir. Brendan isə qərb azadlığının Məkkəsində Nyu-Yorkda yaşayır. Onun yaxşı işi və pulu var. Bütün imkanlara baxmayaraq, seksual asılılıq onun həbsinə çevrilir. O öz vücuduna qapanır.
- Niyə filminizi Londonda yox, Nyu-Yorkda çəkdiniz?
- Ekspertlərin və söhbət etdiyimiz adamların Nyu-Yorkda yaşaması çəkilişlərin burada aparılmasına təsir etdi. Londonda heç kəs seksual asılılıq haqda danışmaq istəmədi. Zamanında mövzu Britaniya mediasında çox müzakirə olunurdu və sonra sadəcə qapadıldı.
- “Aclıq” filmində də Fassbenderlə işləmisiz. Niyə yenidən onunla əməkdaşlıq etdiniz?
- Çünki onun yaxşı oynayacağına inanıram. Fassbender film ulduzu yox, sənətkardır. O yeni, qeyri-adi şeyləri sınamaqdan, pis obraz oynamaqdan qorxmur. Aktyorların çoxu onun kimi deyil. Onda nəsə qeyri-adi feminallıq, zəriflik, açıqlıq var. Çox aktyorlar maço obrazını imitiasiya etməyə çalışırlar və kamera qarşısında belə obrazı açmağa hazır deyillər. Fassbender əksinə, zəifliyini ləyaqətlə ekrana daşıya bilir.
Almancadan Sevda Sultanova çevirdi

1957 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024