“Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsi elan olundu

“Üzeyir Hacıbəyli mükafatı”  müsabiqəsi elan olundu
27 oktyabr 2025
# 16:30

Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı musiqi və incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlər arasında “Üzeyir Hacıbəyli mükafatı” müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, məqsəd nazirliyin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərində tədrisin keyfiyyətini yüksəltmək, müəllimlərin peşəkarlığını və yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, eyni zamanda, cəmiyyətdə təhsilverənin nüfuzunu artırmaqdır.

Müsabiqədə nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəb və mərkəzlərində əsas və ya əlavə iş yeri üzrə çalışan müəllimlər iştirak edə bilərlər.

İki mərhələdən ibarət müsabiqədə 25 qalib seçiləcək. Qaliblərə 1000 manat pul mükafatı və diplom təqdim olunacaq.

# 1187 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat etdi

18:59 25 noyabr 2026
Nik Keyv 40 il əvvəlki konsertin  itmiş görüntülərini yayımladı

Nik Keyv 40 il əvvəlki konsertin itmiş görüntülərini yayımladı

18:17 25 noyabr 2026
Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

17:42 25 noyabr 2026
“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

17:11 25 noyabr 2026
Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

16:46 25 noyabr 2026
"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

15:41 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər