Teleseriallardakı 20 şablon səhnə - SİYAHI

Teleseriallardakı 20 şablon səhnə - SİYAHI
13 sentyabr 2011
# 05:00
Günümüzdə çətin ki elə bir insan tapılar ki hansısa seriala baxmamış olsun. Həvəslə, həyəcanla gözlənilən serialların qəhrəmanları bizə yad deyillər, hətta səhnələr də bəzən eyni olur. Ancaq bir çox səhnələr həddən artıq şablona çevrilib...

1.Susmağa vaxt tapdı da...

Biri digərini nədəsə günahlandırır və çox vaxt haqsız olur iddialar. “Elə deyil” desə hər şey düzələcək. Yox, gərək baş qəhrəman sussun, seriya bir az uzansın, azı 5-6 seriyadan sonra həqiqət ortaya çıxsın...

2.Birdən birə gözəlləşmə
Bütün serial boyu çirkin biri kimi göstərilən qadın birdən birə gözəl birinə çevrilir və guya onu tanıyanlar bunu görüb ona vurulur. Sanki “Nələr itirmişik” fikrinə qapılır. Hələ ta dabandan saça qədər olan kadrı demirəm...

3.İntiqam almaq
Bütün serial bir intiqam hekayəsi üzərində qurulur. Həyat bir intiqam üzərində qurulacaq qədər bəsitdir, sizcə? Yox, serialdırsa, olar. Yetər ki, serial “tutsun”.

4. Mahnılar
Hind filmlərindəki kimi, mahnı oxumaq artıq dəbdən düşsə də, musiqidən istifadə hələ də var. Sevilən bir mahnı filmdə fon musiqisi olduqdan sonra daha da populyarlaşır və ya bəzi mahnılar sırf serialla məşhurlaşır... Hər halda, o qədər də acınacaqlı vəziyyət olmur...

5. Kasıb-varlı sevgisi
Populyar ssenarilərdən biridir – kasıb bir qız varlı oğlana vurulur, kasıblığından utanır və ya əksinə, kasıb oğlan varlı qıza aşiq olur. Sonra ailələr qarışır və rejissor istədiyinə çatır – serial “tutur”.

6. Maşın qəzası
Əgər filmlərdəki kimi maşın sürsəydik, çoxdan o dünyalıq olmuşduq. Maşın sürəndə sağa-sola kədərli baxmalar, düşüncələrə dalmaq... Hələ güzgüdən arxada oturanları seyr etmək... O güzgünün funksiyası elə ondan ibarətdir?

7. Öz-özünə danışmaq
Siz heç öz-özünüzə “Səni peşman edəcəm” və ya “Filan şey belə imiş. Mən bunu əvvəlcədən niyə düşünməmişəm?” kimi şeylər danışan adam görmüsünüz? Seriallar isə öz-özünə danışan insanlarla doludur. Bunları hardan tapırlar?

8. O, uşaq sənindir!
Bəlkə də ən şablon cümlə budur – “O, uşaq sənindir!” Qadın heç kimə xəbər vermədən uşaq doğur, məlum olur ki, bu onun nə vaxtsa tanış olduğu adamdandır, sonra uşaq öyrənir bunu, anasına deyir: “Sən yalançısan!..” və ya başqa ssenari – atasız uşaq təsadüfən əsl atası ilə tanış olur, atası buna çox kömək edir və ən sonda məlum olur ki, bunlar ata-oğuldur...

9. Xəstəlik
Serialın bitəcəyini düşünməyə başlayırsınız, çünki artıq pis adamlar ölüb, işlər düzəlib. Birdən baş qəhrəmanın xərçəng xəstəsi olduğu ortaya çıxır! Çox vaxt onlar ölmürlər, amma serial kor bağırsaq kimi uzanır...

10. Sevişmə səhnəsi
Seriallarda olduğu kimi tammetrajlı bədii filmlərdə də bu səhnələrə üstünlük verilir. Bir zamanlar Türkiyədə də sensasiya yaradan bu səhnələr artıq adi hala çevrilib.

11. Yalandan yemək yemək
Bir seriyanın az qala yarısı süfrə başında keçib, amma yeməklərə əl dəyilməyib, üstəlik, aktyorlar da ağızlarında nəsə çeynəyirlər. Bu nə cür paradoksdur?

12. Makiyajlı gözəl
Qadın yuxudan durur dodağında boya, üzündə ənlik… Xəstəxanada da makiyajlı, yataqda da, evdə də, gecə də, gündüz də… Hələ yataqda saçların axşamkı kimi səliqəli qalmasını demirəm…

13. Ayaqqabı bəlası
Türkiyədə heç kim evdə ayaqqabı ilə gəzmir. Amma seriallarda kasıb da, varlı da evdə ayaqqabı ilə gəzir. Mənasını bilən varmı?

14. Nişan xəbərləri manşetdə!
Guya varlı bir ailənin oğlu və ya qızının evlilik xəbəri manşet verilir qəzetlərdə! Bu xəbəri sanki ikinci səhifədə versələr, evlilik olmayacaq…

15. Televizor yoxdu?
Bu qədər serial, film çəkilir, amma türk seriallarında televizora baxan çox az adama rast gəlmək olur. Niyə? Siz yəni bir şey izləmirsiniz?

16. Kənd qadınları
Türkiyənin kənar kənd gözəllərini canladıran gözəllərin üzü baxımlı, qaşı alınmış, manikürlü, gözdə qələm... Kənd əməlli-başlı “Best model” yarışmalarına bənzəyir.

17. Bir günlük uşaq bir aylıqdır
Uşaq doğulur. Yaxşı, bunu başa düşdük, amma sizcə, heç təzə doğulmuş uşaq görməmişik? Seriallarda hamısı tərtəmiz və yaşından daha böyük! Az qala bir aylıq uşağı yeni doğulmuş kimi bizə sırımağa çalışırlar…

18. Ailə fəlakəti
Yaxşı, hər ailədə problemlər olur. Amma bu qədər də çox deyilmi? Bəzən bir insanın başına serialda o qədər hadisə gəlir ki, adamın ona lap yazığı gəlir…

19. Xatırlama səhnələri
Serialı uzatmağın ən asan yolu xatırlama səhnələridir. Filmdə mütləq hər aktyor bir dəfə hansısa mənasız bir hadisəni yada salmalı, ağlamalı, sevinməlidir.

20. İki düşmən, sonradan sevgili
Yola getməyən iki ailənin uşaqları mütləq ya sevgili olur, ya da başqa bir ssenari ilə - əvvəl düşmən olur, bir-birinə pislik edirlər, sonra da bu nifrət sevgiyə çevrilir. Bu insanların başqa işləri-gücləri, tanış-bilişləri yoxdur, məgər? Ancaq bir düşmən ailə ilə mübarizədən ibarətdir həyatları?

Günel Əsgərzadə
# 1983 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
# # #