Elməddin və Fərdanın ssenarisizliyi
5 sentyabr 2011
11:00
Alfred Hiçkok necə deyirdi? “Dahiyanə film üçün üç şey zəruridir: ssenari, ssenari və yenə də ssenari”.
Azərbaycan kinomatoqrafiyasında da, televiziya kanallarında da ciddi ssenari böhranı var.
Xüsusən də telekanallarda yayımlanan yumoristik proqramlarda, komediya teleseriallarında.
Ümumiyyətlə, komediya janrı, yumor dramdan, faciədən daha çətindir. Çünki müəllif burda birbaşa hədəfə dəyməlidir, başqa cür desək, kütlənin nəyə gülə biləcəyini müəyyənlşdirməlidir. Əks halda fiaskoya uğrayacaq.
Azərbacanda bir-iki lətifə danışıb, özünə “yumor ustası” imici qazanmağa çalışan insanlara elə gəlir ki, təbiətindəki yumor hissi ona bu sahədə parlamağa kifayət edir.
Məsələn, Fərda Xudaverdiyevin, Elməddin Cəfərovun və daha bir neçə nəfərin “yumor ustası” kimi təqdimatı absurddur, daha açıq desək, tamaşaçını ələ salmaqdır. “Yumor ustası” adını qazanmaq üçün illərə, peşəkarlığa, özünü böyük miqyasda təsdiqə ehtiyac var. Adını çəkdiyim insanlar olsa-olsa, hansısa istedada sahibdirlər.
Amma istedad kifayət etmir axı. Onların vaxtilə televiziyada yayımlanan “Tək səbir” , “Tam sərbəst” proqramlarını yada salaq. Əsas problem odur ki, özünəməxsus dəsti-xətt yoxdur, yumoristik səhnəciklər, monoloqlar zəifdir, onlardan yaradıcılığın, yeni sözün qoxusu gəlmir. Çünki hədəflərinə fəqrli yanaşma yoxdur və bu özfəaliyyət dərnəyini xatırladır. Yumor əksər hallarda inandırıcı ola bilmir, parodiyalar isə biçimsizdir, sırf mübaliğədir.
Yumoristik proqramlarda hədəflər və mövzular adətən dəyişmir (müğənnilər, meyxanaçıılar, futbolçular, qaynana-gəlin, baldız-gəlin münasibəti).
E.Cəfərovun indi baş rolu oynadığı və ssenaristlərdən biri olduğu “Bacanaqlar” teleserialında da, adından göründüyü kimi, bacanaq münasibəti çözülür. Sanki müasir Azərbaycan yumorunun, komediyasının bunlardan başqa problemi yoxdur. Serialda zəif aktyor ifası, dramaturji çatlar, gərəksiz mübaliğə də göz önündədir.
Məsələ yenə ssenari probleminin üzərinə gəlir. Problemin kökündə yaradıcı insanın ideyasızlığı dayanır. İdeya üçün isə çox şey tələb olunur: istedad, həyat təcrübəsi, güclü intellektual baza, üslub axtarışı, mövzuya yanaşma və s.
Ən azı sadə bir düsturu - yumorun, gülüşün harda bitib, şitliyin, bayağılığın harda başladığını, təlxəkliklə sənətin sərhədini bilmək vacibdir.
Bizim yumoristik proqramlarda, adətən, şitliyi yumorla səhv salırlar.
“Lider” kanalında hər həftə “Zarafatsız” adlı proqram yayımlanır. Əslində, bu yumor yox, antiyumordur. Proqram, şübhəsiz ki, “Bu şəhərdə”nin kalkasıdır.
Yadıma gəlir ki, “Bu şəhərdə” efirə çıxdığı ilk vaxtlarda “Zarafatsız”ın əməkdaşları kimi lətifələrin imitasiyası ilə məşğul idi. Onları uğursuzluqdan Müşfiq Abbasovla işbirliyi xilas etdi.
M.Abbasov bir ssenarist kimi istedadlı olmaqdan əlavə, təcrübəlidir, informasiyalıdır və biliklərini ssenarilərdə realizə etməyi bacarır. Azərbaycan gerçəkliyində təklif olunmuş imkanlar daxilində digər yaradıcı qruplarla müqayisədə “Bu şəhərdə” nisbətən uğurludur.
Təbii ki, hər şey ideal deyil.
Məsələn, çoxları “Bu şəhərdə”nin konsert proqramlarındakı Azərbaycan-Ermənistan münasibətlərinə aid səhnəciklərindən narazıdır. Çünki son dərəcə bəsitdir, trivialdır. Tamamilə razıyam. Hətta deyilən irdaları artıra da bilərəm. Məsələn, Bülənt Ərsoyu aşağılayan səhnə nə ironiya idi, nə də qara yumor. Bədii məziyyətləri olmayan, qeyri-estetik şəkildə təqdim olunan nifrət aktı idi.
Ümumiyyətlə, bizim kinoda, yumoristik proqramlarda erməni-azərbaycanlı konflikti, hələ ki, uğurlu bədii həllini tapmayıb.
Ya həddən artıq sentimental-vətənpərvərdir, ya da son dərəcə bayağı.
“Bu şəhərdə”nin təklif etdiyi obrazlar, səhnəciklər bəzən təkrar və monotondur.
Qüsurlara rəğmən onların obraz axtarışını (xüsusən də, hər obrazın intonasiyasını axtarması), fərqli ifadə tərzi tapmaq cəhdi, ən əsası zəhmətini inkar etmək olmaz.
Son konsert proqramında U.Şekspirin “Otello” əsərindən məşhur parçanın maraqlı traktovkası da axtarışın nəticəsidir.
“Zarafatsız”a qayıdaq. Proqramda aktyorlar İslam Mehrəliyev və Elşad Yusubov hansısa istismar müddəti bitmiş lətifələrin effektsiz illüstrasiyasını yaradır.
Onların “səhnəcikləri”nin hədəfi, yumorun məqsədi bəlli deyil, tamaşaçı nəyə güləcəyini bilmir.
“Lent az” saytında “Zarafatsız”ın yaradıcılarının müsahibəsi ilə rastlaşdım.
Jurnalistin “dediklərinizi bizim səhnədə Rafaellə Coşqun da edir, sizin missiyanız və ya yeni mövzu yoxdu” sualına verilən cavabdan heyrət etdim: “Biz yenilik nə edək, açıq havada konsert verək?”
Freyd deyirdi ki, insan güclü ideyası olduğu halda yenilməzdir. Xüsusən də, yaradıcı insan. Əgər yaradıcı insan əlacsızca hansı yenilik gətirəcəyini bilmirsə, və ümumiyyətlə ideyası yoxdursa, üstəlik, yaradıcı axtarışa cəhd də etmirsə onun haqqında əlavə nə deyim?
Bu halda söz də tükənir...
Sevda Sultanova
Kulis.az Facebookda

2660 dəfə oxunub
Oxşar xəbərlər
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?
09:00
21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü
16:24
20 noyabr 2024