Ayaqqabı

Ayaqqabı
1 oktyabr 2013
# 11:21

Allah öz yaratdıqları tərəfindən təhrif olunmuş hüdudsuzluqdur.

Kainat hər tərəfi başlanğıc olan ən böyük sonsuzluq.

Zaman hər şeydən ibarət yoxluqdu.

Dünya ayrılıqlar məkanıdı.

Ayrılıq daha içdən yaşanan insan hissi.

İnsan guya azad seçim imkanı verilmiş ömürlük məhbusdur.

Azadlıq üzərinə qadağaların və məhdudiyyətlərin rəsmini çəkmək üçün yaradılmış tablo.

Həyat bütün nəzəriyyələri iflas etdirən və üstündə hər şeyin baş verə bildiyi yaşıl müstəvidir. Ömür hər yerindən deşilmiş qabdan axıb gedən maye. Ölüm hər kəsdə eyni dəqiqliklə alınan həyat hadisəsidir.


Ailə münaqişəli zonadı.

Övlad, hər an partlaya biləcək ən sevimli obyekt.

Günah daim insan tıxacının altında mürgüləyən uzun bir yoldu.

Yol ən sadiq yol yoldaşıdır.

Allah, Kainat, Zaman, Dünya, Həyat, Ömür, Azadlıq, hamısının bir mənası da Ayrılıqdı.

Və heç biri sənə əbədi yoldaşlıq etməyəcək.

Yalnız ayaqqabın səni sökülüb dağılana qədər öz çiynində daşıyacaq. Onun da ki, yenisini almağa imkanın olmasa...

# 3145 dəfə oxunub

Müəllifin son yazıları

# # #