“Həmişəki zəng”- İlqar Rəsuldan qısa hekayə

“Həmişəki zəng”- <span style="color:red;"> İlqar Rəsuldan qısa hekayə
19 oktyabr 2016
# 15:15

Kulis.Az İlqar Rəsulun “Həmişəki zəng” hekayəsini təqdim edir.

-Yaxşı, bildim, narahat olma!

- Mən zəng edəndə də, əlində nə işin olsa, saxla, cavab ver, bilirsən ki, narahat oluram!

- Oldu, anladım. Hələlik....

Cavab gözləmədən telefonu qapadıb cibinə qoydu. Çantasının kəmərini çiynində rahatladı. Şəhadət barmağının ucu ilə eynəyini burnunun ucundan gözlərinə qaldırdı. Heç kimə dəyib-dolaşmamaq üçün səkinin lap kənarı ilə yoluna davam edərək, kinayə qarışıq təbəssümlə başını yırğalayıb öz – özünə deyindi:

- Doğuluruq, ayağımız yer tutunca ürəyimiz ata-anamızda qalır, bir az da bacı-qardaşımızda. Böyüyürük, əvvəl ürəyimiz sevdiyimizdə qalır, sonra da evləndiyimizdə. Yaşlanırıq ürəyimiz uşaqlarımızda qalır, bir az da işdə-gücdə. Yalnız sonumuzda ürəyimiz yerinə gəlir. O da döyünməyə yox, dayanmağa. Biz bu illər ərzində ürəyimizi yerində tapırıq ki, hələ bir qoruyaq da?! Sən də hər dəfə kiminsə ürək tutmasından öldüyünü eşitdiyində, tələsik zəng edib deyirsən ki, ürəyini qoru...

# 4722 dəfə oxunub

Müəllifin son yazıları

# # #