Zərrin Özər nə vəsiyyət etdi? – HƏYAT HEKAYƏTİ

Zərrin Özər nə vəsiyyət etdi? – <span style="color:red;">HƏYAT HEKAYƏTİ
14 noyabr 2016
# 08:30

O, fərqli müğənnidir. Səsi, mahnıları, oxuma tərzi... Sevilən sənətçidir, ifa etdiyi mahnıları dillər əzbəridir. Bu il ömrünün 59-cu payızına qədəm qoydu.

Həyatı

Türkiyənin ən sevilən müğənnilərindən biri, məşhur ifaçı Zərrin Özər 4 noyabr 1957-ci ildə Ankarada anadan olub. 70-ci illərin məşhur sənətçisi Tülay Özərin balaca bacısı olan Zərrin orta məktəbi doğulduğu şəhərdə bitirib. Valideynlərinin boşanması onun uşaqlıq illərində aldığı ilk zərbə olub. Zərrin uşaqlıqda amerikalı musiqiçi Canis Coplinin heyranı idi.

İlk konsertini 1969-cu ildə ibtidai məktəbin məzuniyyət gecəsində Çankayada qonşuları İsmet İnönü (Türkiyənin 2-ci prezidenti ) ilə həyat yoldaşı Mevhibe İnönüyə verib.

Özəri bəyənən İsmet İnönü “Afərin balaca qız, səndə böyük işlər var” - deyib.

Image result for zerrin özer

Karyerası

Zərrin 1975-ci ildə TRT-də keçirilən musiqi yarışında birinci yerə çıxıb.

Musiqi karyerasında bacısı Tülay Özərdən böyük dəstək alıb.

1976-cı ildə “Bizlər və Sizlər - Yalvarıram” adlı ilk plastinkası çıxıb. İstanbul İnkişaf Orkestrında oxuyan Zərrin Özərin ilk diqqət çəkən işi Esin Enginin aranjimanlığı ilə, sözləri və musiqisi Orxan Gəncəbaya aid olan “Könül” mahnısı oldu.

Bu mahnı çox məşhurluq qazandı. Daha sonra uğurlu albomlar biri-brini izləməyə başladı.

1990-cı ildə CD və kaset formatında yayımlanan “İştə mən” albomu ilə “Ən yaxşı albom” mükafatını qazanıb.

Zərrinin “Sevildiyini nil” albomu satış rekordu qırıb. Amma eyni ildə buraxdığı “Olay-olay” albomu bundan əvvəlki albom qədər uğur qazanmayıb. Musiqi karyerasına bir müddət ara verən ifaçı 1996-cı ildə “Zərrin Özər” albomu ilə yenidən səhnəyə qayıdıb.

Image result for zerrin özer

Şəxsi həyatı

1991-ci ildə musiqiçi Alper Önalla ailə həyatı qurub. Amma bu evlilik qısa müddətlik olub və cütlük bir il sonra, 1992-ci ildə ayrılıb.

İfaçı, 2006-cı ildə özündən 22 yaş balaca olan əmlakçı Ləvənt Sürənlə evlənib. Ancaq bu evlilik də ayrılıqla nəticələnib. 3 illik evlilikdən sonra cütlük 2009-cu ildə boşanıb.

Zərrin Özər bir müddət səhhəti ilə bağlı ciddi problem yaşadı. Müğənni hətta bir müddət gəzə bilmədi. Məsələ ilə bağlı açıqlama verən müğənni belə deyib: “Uzun müddət əvvəl Almaniyada hava limanında çox pis yıxılmışdım. Dərhal həkimə getdim və ilk nəticələrə görə "bir az əzilib" dedilər. Sonra yenə yıxıldım. Ayağımın o hissəsi daha çox zərər gördü. Arada ağrıyıb, kəsirdi. Bir müddət sonra evdə axşam itimə ilişərək yıxıldım. Aradan bir-iki gün keçmişdi ki, ağrılara dözə bilmədiyim üçün həkimə getdim. Müayinədən sonra müəyyən oldu ki, ayağımın diski partlayıb və sinirə yapışıb”.

Dərhal əməliyyat olunan müğənni sonra həkimin dediklərindən sarsılıb: “Əməliyyat olunandan sonra həkim yanıma gələrək, “mən bu işi bacara bilmədim. Sənətçi olduğunuz üçün əməliyyatı edəndə çox həyəcanlandım” dedi”. Sən demə, əməliyyat zamanı qayçı sınıb və bir parçası içəridə qalıb, ona görə ikinci əməliyyat lazım imiş.

Xəstəxananı tərk edib başqa həkimin yanına gedən Özərin ayağına 6 mil taxılıb. Müğənni uzun müddət sağ ayağını tərpədə bilməyib. 6 ay bacısının köməyi ilə fizioterapiya keçib. Həkim səhvindən əlil arabasında gəzməyə məhkum olan müğənni deyib: “Bu günə qədər həyatımda kimsə olmadı, amma olmayacaq şeylər oldu. Mənim üçün həyatda ölümsüzlüyün xaricində heç bir şey qeyri-mümkün deyil. Güclü olduğumu bilirəm. Elə asan yıxılmaram. Zəif insana dözümüm yoxdur, nə kişidə, nə qadında. Bu həyatda tək başıma və tək tapançayam. Çox şeydən xilas ola bildim, bundan da xilas olacam.”

Bir il yarım əlil arabasında gəzməyə məhkum olan sənətçinin səhhəti qaydasına düşüb və Zərrin yenidən ayağa qalxıb.

Vəsiyyəti

Müğənni müsahibələrinin birində vəsiyyətini açıqlayıb: “Mən öldükdən sonra “Zərrini anma gecəsi”, “Zərrin mükafatları, ”Zərrin musiqiçi məktəbi”, “Zərrin küçəsi” kimi şeylərin olmasını istəmirəm. Zərrin Özər adıyla arxamdan heç bir iş görülməsin. Vəkilimlə danışdım, belə bir haqqım olduğunu öyrəndim. Belə bir vəsiyyət etməyimin səbəbi sənətimdə xoşbəxt olmamağımdır. Öldükdən sonra bu cür tədbirlərdə adımın istifadə edilməsini istəmirəm”.

Söhbətləri

- Zərrin xanım, çox gözəl gülüşünüz var. Başqalarını güldürə bilirsiniz?

- Mənim gülüşüm fərqlidi, hətta kişnəməyə bənzəyir. Amma sakit ağlayıram. Heç bir işim normal deyil. Geyimlərim, bəzək aksesuarlarım belə fərqlidir. Rəhmətlik anam “küçədə yanımda getmə” deyirdi. Arxamca dəli deyə qışqırırdılar. Hippilər kimi geyinirdim.

- Cem Yılmazın tamaşalarına baxmağa gedəndə tamaşaçılar ona yox sizə gülür?

- Gülməyimlə Cem Yılmazı narahat etdiyimi düşündüyüm üçün onun tamaşalarına getmirəm. Cemi çox sevirəm, ona aşiqəm. Bir gün Cem Yılmazla musiqili bir tamaşa eləmək fikrinə düşdüm. Səhər saat 10-da ona zəng vurdum. Mənim yuxu problemim var. Üç gün yatmayıb bir gün yatıram və fikirləşirəm ki, hamı mənim kimidir. Telefona cavab verdi. Dedim ki, Cem Yılmazla danışıram? Zəng vuran kimdi, dedi? Dedim, Zərrin Özərdi. Güldü. Dedi, təbii canım, mən də Napoleonam. İsrar edib Zərrin Özər olduğumu dedim. O dedi, onda onun bir mahnısını oxu. Mən də “Kıyamam” mahnısını oxudum. Sonra dedi, çox üzr istəyirəm, Zərrin Özər olduğunuzu heç təxmin etməzdim. İçkili yerlərdə səhnəyə çıxmıram, amma bir mətnə ehtiyac olsa hər zaman yanınızdayam - dedi və sevgimi qazandı.

- Adapazarı zəlzələsində tanıdığınız bir Əhməd var idi…

- Zəlzələdən sonra yardım üçün ora getmişdim. Əhməd qara, arıq, çirkin amma gözəl gözləri olan bir uşaq idi. Məni qucaqladı, qucağımdan düşmədi. Anası zəlzələdə ölmüşdü, atası sağ idi. O uşağı övladlığa götürmək istədim, amma alınmadı.

Image result for zerrin özer ve Levent

Zərrin Özər estetik əməliyyat edərək və idman edərək xeyli çəki atıb. Bununla bağlı açıqlama verən müğənni deyib:

- Əqrəb bürcüyəm. Həmişə özümə ziyan vurdum. Amma artıq özümü düşünməyə qərar vermişəm. Gözəl bir qadın olmaq istədim. Həyatımda ilk dəfə plan qurub yaşayıram.

- Həmişə çəkiniz çox idi. Bu çəki indi niyə problem oldu?

- Kök olanda özümü sevmirdim. Çəkimlə barışmışam kimi sözlər quru sözlərdi. Bir qadının iradəsini göstərmək istədim, amma hələ bitməyib. Çəkimi azaltmağa davam edirəm.

- Bu qərarı niyə evli olanda yox, boşandıqdan sonra verdiniz?

- Ləvənt mənə bir dəfə çəki atmağımı söylədi. Onu səhhətimi düşündüyü üçün dedi. Ürəyimin bir tərəfi çox istədiyinə rəğmən edə bilmədim. Üstəlik özümə nifrət edirdim. Sizə bir şey deyim. Ləvənt ilə evli olarkən ona mesaj gəldi. Bir nəfə ona belə yazmışdı: “Əlimdə pult televizorda sənin evlənmə xəbərini görəndə şok oldum. Hər halda onunla top oynayacaqsan, ya da ondan imtina edəcəksən”. Bu mesajdan sonra xeyli əsəbiləşdim və üzüldüm.

- Çəkinizi azaldandan sonra həyatınızda nə dəyişdi?

- Özümə olan inamım geri qayıtdı. Çox xoşbəxt oldum. Güzgüyə baxanda özünə inanan bir qadın görürəm. Rahat və xoşbəxtəm.

- Həyat yoldaşınızdan niyə ayrıldınız?

- Mən Ləvənti çox sevdim. Mənasız yerə boşandım. Niyə elədiyimi bilmirəm. Mən sevgimi göstərmirəm. Bir adamı əvvəlcə göylərə çıxardıram, son anda buraxıram. Heç kimi incitmirəm, amma özümü incidirəm.

- Boş yerə boşandınız?

- Həyatım boyu dostlarımın xoşbəxtliyinə görə yaşadım. Mən heç vaxt evlilik həyatımı düşünmədim. Dostlarımı ailəmdən çox düşünürdüm. O qədər səhvlər etdim ki. İndiki ağlım olsaydı etməzdim. Kişilər ikinci planda olmağı sevmir. Mən sıralamada səhv elədim. Çox gözəl evliliyim var idi. Təbii ki, onun da həyatına insanlar girəcək, mənim də. Amma Ləvənt öz xüsusiyyətini qoruyacaq. Onunla evli olanda evdə oturan bir öküz idim. Heç nə etmirdim. Ləvənt mənim gizli qəhrəmanım idi.

- Ləvəntlə yenidən evlənməyi düşünürsüz?

- Həyatımda ancaq Ləvəntlə gözübağlı nikah masasına gedərəm.

- Evdən köçməyə görə Ləvəntlə aranızda problem olub

- Ləvənt ən çox “Bəylikdüzü”nə köçməyimizi istəyirdi. Mən razı olmurdum. Düşünün ərim hər gün işə getmək üçün 100 kilometr qət edirdi. Bəzən evə gələ bilməyib işdə qalırdı. Belə ərköyünlük etmək olar? Bu vəziyyətə necə gəldiyimi bilmirəm.

- Ayrılanda dostlarınız yanınızda oldu?

- Dostlarım istəsəydilər onu tapa bilərdilər. Onun ailəsi də daxil olmaqla bizim birlikdə olmağımız üçün bir şey edə bilərdilər. Mən özümü tanıya bilmirəm, o mən idim yəni? İnsan evliykən başa düşmədiyini, tək qalanda başa düşür. İndi qapını bağlayan kimi tək qalıram. Qadınlar qətiyyən ərlərinə laqeyd olmasınlar, birinci ərlərini düşünsünlər. Boşanandan sonra məhkəmədən çıxanda, Ləvənt mənə boşanmağımız çox vacib idi, dedi. Məhkəmədə vəkil məndən soruşdu ki, əminsiz? O mənə baxdı, mən ona baxdım, gözlərimiz doldu. Xeyir deyəcəkdim, amma dostum mənə biabır olarsan, dedi, mən də biabır olmamaq üçün boşandım. Bunu ilk dəfə deyirəm.

- Ayrıldıqdan sonra heç Ləvəntə zəng etdiniz?

- Zəng eləməyimə ehtiyac yoxdu, arada görüşürük. Qardaşının qızı var, o mənim canımdı, bir dənəmdi. Onu görməyə hələ də gedirəm. Gedəndə Ləvəntlə qarşılaşıram.

- Ana olmadığınız üçün peşmansınız?

- Çox istədim. Amma səhhətimdə olan problemlərə görə ola bilmədim. Bu məndə ən böyük peşmanlıq oldu. Sevdiyim bir insandan uşağım olmadığı üçün peşamanam...

# 2756 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #