Üç günün gəlini: Sezen Aksu

Üç günün gəlini: <span style="color:red;">Sezen Aksu
13 iyul 2018
# 21:00

Bu gün Sezen Aksunun doğum günüdür...

O, türk pop musiqisinin ən məşhur simalarından biridir. Yazdığı mahnılar dillər əzbəridir. Özünəməxsus səs tembri milyonların zövqünü oxşayır. O, həm də “Minik sərçə” kimi tanınır. “Nəhs” gündə doğulub – 13 iyulda. Yəni, bu gün.

Əsl adı

Əsl adı Fatma Sezen Yıldırım olan məşhur türk müğənnisi Sezen Aksu 1954-cü ildə Sarayköydə anadan olub. Selanikdən Türkiyəyə gələn ana və Rizəli atanın övladıdır. Anası və atası müəllim olan sənətçinin Nihad adlı qardaşı var. Üç yaşından ailəsi İzmirə köçən Sezen təhsilini orada alıb. İzmir qız məktəbini bitirdikdən sonra Ege Universitetində oxusa da, ikinci kursda təhsilini dayandırıb.

Karyera

Sezen 1970-cı illərin ortalarından türk pop musiqisinin ideallarından birinə çevrilib. 1974-cü ildə val yazdırmaq üçün İstanbula köçüb. Bir il sonra ilk 45-lik valı “Haydi Şansım”ı Sezen Seley adıyla çıxarıb. 1977-ci ildə ilk uzun albomu “Allaha ismarladıq” olub. Ardınca “Sərçə”, “Firuzə”, “Sən Ağlama”, “Sezen Aksu söyləyir”, “Gülümsə”, “Dəli Qızın Türküsü”, “Xəyal Bağçaları” daxil olmaqla onlarla albomu satışa çıxıb.

Aksunun bu günə qədər dünyada 40 milyondan çox diski satılıb. Sənətçi bir müddət rəsm, teatr və rəqs dərsləri alıb. Üsyankar xarakteri ilə diqqət çəkən sənətçi əslində rəqqasə olmaq istəyirmiş. Sonralar Aksu “Allahın atama yazığı gəldi deyə, musiqiçi oldum” deyirdi.

1970-ci ildə “Həftə sonu” jurnalında, Ajda Pekkanın münsiflər heyətinə başçılığı ilə keçirilən “Qızıl Səs” yarışmasında altıncı olur. Birinci yerə isə pop sənətçisi Nilufər layiq görülür.

Beləliklə, Nilufər ilk albomunu Sezen Aksudan öncə yayımlayır.

Sezen Aksu 1976-cı ildə ilk səhnə məşqlərinə başlayıb.

İllərcə sevişdik də, niyə xoşbəxt olmadıq

Eşqimizə eşq deyil, illərcə yalan qatdıq.

Sənə son bir sözüm var, O da “Allaha ismarladıq”...

Bu cümlələr “Allaha İsmarladıq” albomunun üz qabığındandır.

Uğursuzluqlar

1979-cu ildə sənətçi film səhnələrində görülməyə başlayıb. İlk filmi baş rollarını Bulud Arasla paylaşdığı “Minik sərçə” olub. Filmdən sonra bu adla tanınmağa başlayıb. Bir məşhur doğularkən, başqa bir məşhurun sonundan bəhs edən film o illərdə çox da bəyənilmədi. Aksu, bu filmi 1999-cu ildə Okan Bayülgənin “Zaga” proqramında təkrar seyr edən zaman roluna gülüb.

Aksu Adilə Naşit, Şənər Şən, Ayşən Gruda ve Altan Erbulak ile eyni səhnədə yeddi fərqli obrazı canlandırıb. 1983-cü ildə “Eurovision” mahnı yarışmasına qatılmağa qərar verib. Söz və musiqisi Ali Kocatəpəyə aid “Heyomola” musiqisi ilə o, Türkiyə finalında qalib ola bilmir. 1984-cü ildə yenidən “Eurovision” mahnı yarışmasına “Halay” adlı musiqisi ilə qatılmaq istəyib. Amma bu dəfə də Türkiyəni yarışmada təmsil edə bilmir. 1985-ci ildə yenidən müsabiqəyə qatılmaq istəyir. Amma yenə də uğursuzluqla üzləşir.

Uğurlar

Sənətşi “Sən Ağlama” albomunu 6 iyul 1984-cü ildə satışa çıxarıb. TRT-nin şərtlərinə uyğun gəlmədiyi üçün ilk öncə həmin musiqi televiziya kanalında yayımlanmır. 1985-ci ildən sonra bu mahnı TRT-də yayımlanmağa başlayır. Bundan sonra albom böyük maraqla qarşılanır. Sezen Aksu albomun satışa çıxarılmasından 56 həftə sonra “Hey” jurnalına açıqlamasında “Gözləyirdim, amma bu qədərini yox. Nə yalan deyim, 1 ildən artıq hitlərdə qalacağımı düşünmürdüm. Bütün musiqi sevərlərə ürəkdən, candan təşəkkür edirəm” deyib.

1986-cı ildə “Get” adlı musiqisi ilə xeyli bəyənilən müğənni, “On yeddi ” jurnalının 1986-cı il yanvar nömrəsində “1985-ci ilin ən böyük qadın musiqiçisi” seçilib. Sezen Aksu 1988-ci ildə “Sezen Aksu - 88” albomunu çıxarıb. 1989-cu ildə Sezen Aksu Yavuz Özkanın “Böyük yalnızlıq” filminə çəkilib. Baş rolu Fərhan Şənsoy ilə paylaşdığı film 1990-cı ildə “Qızıl portağal” film festivalında mükafata layiq görülüb.

20 May 1994-cü ildə bir zamanlar evli olub, ayrıldığı, həmin müddətdə bərabər işlədiyi Hepari ilə birgə motosikletlə aktyor Demet Akbağın avtomobili toqquşub. O, bu hadisə zamanı komaya düşüb. O vaxt 6 aylıq evli və qəzadan bir gün əvvəl ata olan Hepari, 31 mayda dünyasını dəyişir. Sezen Aku bu hadisədən sonra Uzay Heparinin xatirəsinə “Yas” adlı musiqi bəstələyib.

20 may 2002-ci ildə Sezen Aksu “Musiqi Söyləmək lazımdı” albomunu satışa çıxarıb. Bu albomdan sonra 12 iyunda konsert turuna çıxan sənətçi Türkiyənin bütün dillərini və mədəniyyətlərini bir araya gətirən “Türkiyə musiqiləri” adlı konsert turları həyata keçirib. Konsertlərdə sənətçiylə birlikdə Rum, Ortodoks və Diyarbəkir Bələdiyyəsinin uşaq xoru da iştirak edib. Səhnədə, türkcə, kürdcə, rumca musiqilər, türkülər oxunub.

2 iyun 2000-ci ildə Aksu, yeni albomu “Deliveren”i çıxarıb. Bu albomda “Oh, Oh”, “Sarı odalar”, “İti bıçaq” kimi dövrünün ən gözəl musiqiləri yer alıb. 2001-ci ildə səhhətində problemləri olan sənətçi, həmin ilin yazında 6 böyük konsert verib. Aksunun 6 ildir vokalistliyini etdiyi İşın Karaca, 2001-ci il “Eurovision” mahnı yarışmasının seçmə turlarına qatılıb. Ancaq o da seçmə turlardan keçə bilməyib.

Sezen Aksu 2005-ci ildə satışa çıxartdığı “Bəhanə” albomu xeyli populyarlıq qazanıb. Aksunun karyerasının 30-cu ilinin xatirəsinə yayımlanan “Bəhanə” albomu satışa çıxarıldığı ilk iki həftədə 320 min satılıb.

Aksu, 1975-2006-cı illərdə yazdığı musiqi sözlərini 2006-cı ildə “Əksik şeir” kitabında toplayıb. Kitab böyük maraqla qarşılanır və 4 gündə 17 min satılıb.

Sezen Aksu, Nyu-Cersi ştatındakı konsertində ona ayrılan vaxtd tamaşaçılara “Biz bu sərhədləri aşdıq, amerikalılar səbr rekordunu qırdılar, Nyu-Cersidə də bu gecə belə olacaq, sizləri xoşbəxt etmədən səhnədən enməyəcəm” deyib. Konsertin sonunda Ahmet Kayanının “Ağladıkça” musiqisini ifa edib.

Sezen Aksunun qədər 400-dən çox şeiri və bəstələri var. Bu şeirlərin 197-si “Əskik şeir” kitabında yayımlanıb. Sezen Aksu ictimai problemlərə və hadisələrə də biganə qalmayıb. 2009-cu ildə o, demokratik islahatlarına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurub dəstəyini bildirdiyi üçün köşə yazarı Hikmət Çətinkaya sənətçinin atasının Fətullahçı olduğunu iddia etmişdi. Sezen Aksu 2012-ci ildə Türkiyə-PKK münaqişəsində ölən türk əsgərləri üçün “Tanrının gözyaşları” adlı musiqi yazıb.

2013-cü ildə “Taksim Gezi parkı” etirazının ilk günlərində etirazçı olaraq qatılan gənclər üçün “Dünyadakı ilk gənclik inqilabıdır bu. Orada küçəyə çıxan insanlar fövqəladə bir söz söylədilər” deyərək dəstək verib. Həmin aksiyalarda həyatını itirən 15 yaşlı Berkin Elvan üçün “Berkinə” adlı yazı yazıb.

Sezen Aksu qadın düşmənliyi, oxuma-yazma, ayrı-seçkilik kimi ictimai mövzulara da münasibət bildirib. Bundan əlavə o, homoseksuallara qarşı zorakılığı pisləyib. O, Türkiyədə LGBT tərəfindən sevilən sənətçidir. Sezen Aksu 2008-ci ildə “Ümumi əxlaq prinsiplərinə qarşı” məhkəmə qərarı ilə bağlanan LGBT dərnəyinin qapadılmaması üçün dəstək verib.

Şəxsi həyatı

Sezen Aksunun ilk evliliyi 1972-ci ildə universitet tələbəsi Həsən Yüksəktəpə ilə olub. Əvvəl ikisi də universiteti bitirib evlənməyi düşünsə də, ani bir qərarla ailə həyatı qururlar. Amma bu evlilik cəmi 3 gün davam edir. 3 gün sonra yola gedə bilməyəcəklərini görüb ayrılırlar. Sezen Aksu həyatının ən böyük zərbəsini ilk sevdiyi şəxs Həsən Yüksəktəpənin ondan boşandıqdan sonra ən yaxın dostu Baharla evlənən zaman alıb. Bu hadisədən sonra Sezen uzun müddət özünə gələ bilməyib.

Musiqi karyerasında albomları çıxmamışdan qabaq 1974-cü il noyabrında Əli Engin Aksu ilə ailə həyatı qurub, ancaq bu evlilik də qısa sürüb. Onların ailə həyatı tez bitsə də, Sezen Aksu soyadını ondan götürüb.

3 aylıq hamiləykən 1980-cı ilin 10 iyulunda Sinan Özər ilə evlənən Aksu bir müddət sonra bu evliliyi də bitirib.

1993-cü ildə jurnalist Ahmet Utlu ilə evlənsə də, bu nikah da uğursuz olub. Daha sonra Uzay Hepari ilə evlənən müğənni bir müddət sonra ondan da ayrılıb.

# 3411 dəfə oxunub

Müəllifin son yazıları

# # #