Gecə adam zorlayıb səhər xatırlamayanlar

Gecə adam zorlayıb səhər xatırlamayanlar
22 oktyabr 2013
# 07:15

Kulis.Az somnambullar haqqında maraqlı faktları təqdim edir.

Lunatiklər və ya elmi dillə desək somnambullar gecəyarı yuxuda ikən yataqdan qalxaraq açıq gözlərlə gəzə, söhbət edə, elementar işlər görə bilən adamlardır.


Lunatik əgər oyadılmasa o bir müddət sonra yatağa qayıdır və səhər heç nə xatırlamır.


Alimlər müəyyənləşdiriblər ki, somnambulizm xəstəlik deyil, sadəcə genetik səviyyədə baş vermiş özünəməxsus pozuntudur. Lakin alimlər hələ də bütöv Ayın, yoxsa onun fazalarının somnambulzimin oyanmasına təsir göstərdiyini müəyyənləşdirə bilməyiblər.


Əgər adi qaydada yuxu vaxtı bədən süstləşir, beyin isə mütəmadi olaraq yuxugörmə şəklində impuls verirsə, lunatiklərdə əksinədir: bədən oyaq qalır, beynin aktivliyi isə praktiki olaraq mövcud olmur.


Orta əsrlərdə belə hesab edirdilər ki, lunatiklərin bədənlərinə şər ruhları hakim olurlar, buna görə də onların bir çoxu inkvizisiyanın qurbanına çevrilirdilər. Maraqlıdır ki, əvvəllər ifritə adıyla yalnız qadın lunatikləri cəzalandırırdılar. Kişi somnambullar bir neçə əsr sonra, daha dəqiq desək 17-ci əsrdə cəzalandırılmağa başlanıldı.


Adətən somnambullar ətraf üçün təhlükəli olmurlar. Onlar daha çox özlərinə xəsarət yetirilər. Misal üçün pəncərədən düşürlər. Lakin somnambulların başqalarına xəsarət yetirdikləri qətl və ya zorlama kimi hadisələr də qeydə alınıb. Təbii ki, onlar səhər bu haqda bir şey xatırlamaz olurlar.


Lunatizm mütəmadi baş verdiyi kimi, çox nadir hallarda da ola bilər.


Alimlər hesab edirlər ki, sağlam əhalinin təqribən üçdə biri həyatları boyu iki-üç dəfə lunatiklik etsələr də onlar bunu xatırlamırlar.

# 4420 dəfə oxunub

Müəllifin son yazıları

# # #