Yazmaq üçün hansı dili bilməlisiz?

Yazmaq üçün hansı dili bilməlisiz?
25 noyabr 2014
# 08:30

Turqay Fişekçi 1956-cı ildə anadan olub. Şair, yazıçı, tərcüməçi kimi tanınır. İlk şeiri 1977-ci ildə nəşr olunub. Müxtəlif nəşriyyatlarda redaktorluq fəaliyyəti ilə məşğul olub. “Sevdalar doyulamadı”, “İnsan haqqında suallar, cavablar”, “Həmişə səni sevdim”, “Ayrılıq sonu” və başqa kitabların müəllifidir.

Kulis.Az Turqay Fişekçinin “Yazmağın 10 qaydası”nı təqdim edir.

1. Yazmaq ən əvvəl təcrübə bölüşməkdir. Başqalarına deyəcək sözləriniz, paylaşacaq təcrübəniz varsa yazmağı təcrübədən keçirə bilərsiz.

2. Yazmaq üçün heç kəsin bilmədiyi bir dili bilməlisiz. Bu sizin dilinizdir.

3. XIX və XX əsr böyük romançılar, böyük hekayəçilər, böyük ozanlar əsridir. Bu böyük yazarları tanımırsızsa yazmağa başlamayın. Tanıdıqdan sonra da yazmaq istəyirsizsə deməli çox böyük cəsarətə sahibsiz.

4. Ədəbiyyatın bir ayağı küçədə gəzməlidi, bir ayağı da kitab səhifələrində.

5. Yazmaq qədər, yazanlar da insana sevinc verə bilər. Başqa yazarları tanıyanda yazıçı özünü daha yaxşı hiss edir.

6. Həbsxanalardan da böyük yazarlar çıxıb, qəsrlərdən də. Amma ikisindən də əliboş çıxanlar var.

7. İnsan uzun həyat boyu hər şeyi görə bilər, qıza həyat boyu hər şeyi yaza bilər.

8. Yazarın şəhvəti onun qələmidir.

9. Yazmaq üçün bəzən dibsiz quyuda, bəzən də buludların üzərində olmaq olar, amma ən yaxşı yer sizin otağınızdır.

10. Yazıçılıq adətən sağlam vaxtı görülən fəaliyyət növdür.

# 1596 dəfə oxunub

Müəllifin son yazıları

# # #