Kulis.Az məşhurların din haqqında qeyri-adi aforizmlərini təqdim edir.
Villa Cather: Din qalan hər şeydən fərqlidir, çünki dində axtarmaq tapmaqdır.
Bernard Şou: Yalnız bir din olsa da onun yüzlərcə növü mövcuddur.
John Ruskin: Çoxlu din var, amma əxlaq bir dənədir.
Avraam Linkoln: Adamın it-pişiyini sağaltmayan dinə o qədər də maraq göstərə bilmərəm.
George Carlin: Dindən doğan yeganə yaxşı şey musiqidir.
Andrew Carnegie: Orqan alətinin işləməsi üçün kilsəyə nəzir verirəm. Ümid edirəm ki, orqan musiqisi sayəsində camaatın diqqəti ayinin qalan hissəsindən uzaqlaşacaq.
Annie Dillard: Əsərlərində Tanrının dinə maraq göstərdiyini söyləyən bir teoloqa heç rast gəlməmişəm.
Ralph Valdo Emerson: Bir dövrdəki din, sonrakı dövrün ədəbi əyləncəsidir.
John Burroughs: Kainata qarşı sevinc və hər şeyə qarşı bir maraq hissi var içimdə... Mənim dinim bax budur.
H.L.Mencken: Başqasının dininə hörmət etməliyik, ancaq bu onun yoldaşının gözəl, uşaqlarının da ağıllı olmasına olan hörmətimiz qədər olmalıdır.
Henry Ellis: Qüdsdə bir dəlixana olsaydı, modern dünyanın dini gedişatı belə olmayacaqdı...
Xomeyni: İslami rejim hər sahədə ciddi olmalıdır. İslamda zarafat yoxdur. İslamda yumor yoxdur. İslamda əyləncə yoxdur.
Arnold Lunn: Başqalarının dini inancına hörmətlə yanaşmaq lazımdır fikri İncildə əks olunmur.
Bill Qeyts: Din zamanının istifadəsi baxımından o qədər yaxşı şey deyil. Bazar günü səhəri etməli olduğum o qədər işim var ki.
Srimad Bhagavatan: Müxtəlif çiçəklərdən bal toplayan arı kimi müdrik insan da müxtəlif kitabların məğzini qəbul edər və bütün dinlərin ancaq yaxşı tərəflərini görər.
Müqəddəs Avqustin: Şübhəli və elmə zidd şərhlər verməkdən çəkinməliyik. Beləcə Tanrının sözünün inancsızlar tərəfindən zarafata çevrilməsinin qarşısını almış olarıq.
Fred Hoyle: Bir çox elm adamının dindən uzaq olduğunu iddia etdikləri halda, başlarını din adamlarından daha çox onunla məşğul etmələri mənə həmişə qəribə görünüb.
Lovis Nizer: Həqiqi din elan etdiyimizi inancımız deyil, yaşadığımız həyatdır.
Qalileo Qaliley: Elm bizə göydə işlərin necə getdiyini göstərir, din isə cənnətə necə getmək mümkün olduğunu.
Stendal: Bütün dinlər çoxluğun qorxusu, azlığını ağlı üzərində qurulub.
Oldos Haksli: Həqiqətən dindar bir ölkəyə səfər edənə qədər insan dini ürəkdən dəstəkləyir. Səfərdən sonra isə kanalizasiya sistemlərini və minimum əmək haqqını ürəkdən dəstəkləyir.
Sidney Smit: İngiltərənin ruhani sinfinin xalqa təsiri İngiltərənin pendir istehsalçılarından çox deyil.
Lenni Btyus: İnsanlar gündən-günə kilsədən qoparaq Tanrıya üz tuturlar.
Vilyam Hazlitt: Defo öz dövründə papalığa qarşı ölüm-dirim savaşına hazır minlərlə vətəndaşın olduğunu deyir. Bu insanlar “papalıq”ın bir adam, yoxsa bir at olduğunu bilməzlərmiş.
Milan Kundera: İnsan xeyirlə şərin qətiyyətlə ayırd ediləcəyi bir dünya arzulayır, çünki başa düşmədən mühakimə eləməyə meylli bir arzusu var. Dinlər və ideologiyalar bax bu arzunun üzərində qurulub.
Alan Uatts: Dini adətlərin ən çox etdiyi səhv simvolla gerçəkliyi bir-birinə qarışdırmaq, yol göstərən bir barmağa baxıb onun göstərdiyi istiqamətə getmək yerinə sakitlik tapmaq üçün onu əmməkdir.
Thomas Paine: İstər yəhudilik, istər xristianlıq və ya islam olsun bütün dinlər mənə insanlığı qorxutmaq və qul eləmək, gücü və mənfəəti bir əldə cəmləmək üçün yaradılmış icadlar kimi gəlir.
Deni Didro: ...və icazə ver sonuncu rahibin bağırsaqlarıyla sonuncu kralı boğum.