Romanlarını heç, indi də məzar daşlarını oxuyaq

Romanlarını heç, indi də məzar daşlarını oxuyaq
20 fevral 2013
# 08:15

Kulis.az məşhur yazarların məzar daşları üzərinə yazılmış maraqlı nümunələri təqdim edir. Bu janr ədəbiyyatda epitafiya adlanır.

Virciniya Vulf

(1882-1941)

Böyük Britaniya yazıçısı, modernizmin aparıcı simalarından biri

“Ey ölüm, özümü sənə tərəf gəlməkdən qoruyacam, məğlub olmadan və boyun əymədən!”

Silviya Plat

(1932-1963)

Amerikalı şairə və yazıçı

“Gur alovun ortasında belə qızıl su zanbağı yetişdirmək olar.”

Con Kits

(1795-1821)

İngilis romantik şairi


”Burda adı suya yazılan adam yatır.”

Frensis Skott Fitscerald

(1896-1940)

Amerikalı yazar, “itirilmiş nəslin” ədəbiyyatda ən böyük nümayəndələrindən biri

“İndi səyahətdəyik, o axıntıya qarşı gedən qayıqlar… Dayanmadan geriyə, keçmişə çırpılsaq da nə qəm…” (“Möhtəşəm Qeytsbi”)

Doroti Parker

(1893-1967)

Amerikalı şairə və yazar

“Yarandığım toza görə üzr istəyirəm.” (Parkerin meyiti öləndən sonra yandırılıb)

Oskar Ualyd

(1854-1900)

İrland əsilli ingilis filosofu, esteti, şairi, yazıçısı

“Öldü, amma hər şey sona çatmadı.

Qırıq sökük saxsı qabını mərhəmətin,

Başqasının gözyaşı dolduracaq;

Axıb gedəcək həyatın bulağı

Bütün lənətli insanlar

Onun əbədi yasını tutacaq.

(Oskar Uyaldın bir şeirindən)

Uliyam Şekspir

(1564-1616)

İngilis dramaturq və şairi

“Bu məzarı qoruyanı Tanrı qorusun, sümüklərimi yerindən tərpədənə lənət olsun!”

Herbert Uells

(1866-1946)

İngilis yazıçı və publisisti

“Lənətə gəlmişlər! Sizə bunu demişdim!”

Nikos Kasançakis

(1883-1957)

Yunan yazıçısı

“Heç bir şey gözləmirəm, heç bir şeydən qorxmuram, azadam!”

Çarlz Bukovski

(1920-1994)

ABŞ şairi, yazıçısı

“Qətiyyən sınama!”

# 2849 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #