Hamının tanıdığı yadplanetli

Hamının tanıdığı yadplanetli
2 iyul 2014
# 07:30

Elnarə Ağaoğlu

Yəqin ki, dünyada elə bir adam tapılmaz ki, fransız yazıçısı Antuan de Sent-Ekzüperinin qəhrəmanı Balaca şahzadəni tanımamış olsun. Bu ibrətamiz nağıl, yazıçının uşaqlıq xatirələri və yaşadıqlarını əlavə elədiyi avtobioqrafik pritça fransız dilindən ən çox çevrilən və oxunan kitab hesab olunur.

Kitabın qəhrəmanı başqa planetdən gəlsə də əbədi olaraq qəlblərimizə köç edib. Kulis.Az Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” kitabından sitatları təqdim edir.

Belə bir dəyişməz qayda var: səhər durdun, yuyundun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal.

Mənim sirrim budur, o çox sadədir: itigörən ancaq ürəkdir. Ən vacib olanı gözlərlə görmək olmur.

Ancaq və ancaq düz getsən, uzağa gedə bilməyəcəksən.

Çiçəklərin nə danışdıqlarını dinləmək lazım deyil. Sadəcə onlara baxmaq və qoxulamaq lazımdır.

Böyüklər kimi olmaqdan qorxuram, onlara rəqəmlərdən başqa heç nə maraqlı deyil.

Uşaqlar böyüklərə qarşı olduqca mərhəmətli olmalıdırlar.

Kəpənəklərlə tanış olmaq istəyirsənsə iki-üç tırtıla da dözməlisən.

Çox kədərli olanda günəşin qürub etməyinə baxmaq kömək edir.

Hər adamın öz ulduzu var.

Bilirsənmi səhra niyə gözəldir? Onun harasındasa bir neçə çeşmə gizlənib.

Başqa işlər bir qədər gözləyə bilər. Bunun zərəri olmaz. Amma baobablara imkan versən, bədbəxtlik qaçılmaz olar.

Hər kəsə ancaq bacardığı işi tapşırmaq lazımdır. Hakimiyyət ilk növbədə ağılla idarə edilməlidir.

Yəqin ulduzlar ona görə parıldayır ki, hər kəs əvvəl-axır özününkünü tapa bilsin.

Özün özünü mühakimə et. Ən çətini budur. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat çətindir. Özünü ədalətlə mühakimə edə bilsən, deməli həqiqətən müdrik adamsan.

Sənin sevdiyin yeganə çiçək milyonlarla ulduzun heç birində yoxdur. Bu kifayət edər ki, göyə baxıb xoşbəxt olasan.

Dostları unutmaq çox kədərlidir. Hər adamın dostu olmur.

Bir halda ki, nəsə haqqında sual vermisən, o zaman cavab almayınca əl çəkmə.

Bütün yollar insana aparır.

Sözlər bir-birini başa düşməyə ancaq mane olur.

Yaxşı ki, dostun var, qoy hətta buna görə ölüm də olsun.

Öz əməllərində yaşayırsan, bədənində deyil. Sən öz davranışlarınsan, başqa sən yoxdur.

Gözlər kordu. Ürəklə axtarmaq lazımdır.

# 2496 dəfə oxunub

Müəllifin son yazıları

# # #