Kulis.Az ingilis yazıçı, Nobel mükafatı laureatı Bernard Şounun sitatlarını təqdim edir.
Münasibətlər haqqında
Rəqs üfüqi arzuların şaquli ifadəsidir.
Yaxın adamına qarşı ən böyük günah nifrət yox, laqeydlikdir. Bax insaniyyətsizliyin ən böyük zirvəsi budur.
Nifrət qorxağın qorxularının nəticəsidir.
Özümüz kiməsə xoşbəxtlik bəxş etmədən xoşbəxt olmağı tələb edə bilmərik.
İdeal ər öz arvadını ideal hesab edən kişidir.
Təkliyi çəkə bilmək və bundan həzz almaq böyük istedaddır.
Səmimi olmaq təhlükəli deyil, üstəlik siz həm də axmaqsızsa.
Nikah gənc oğlan və qızın çiçəyə əl atıb dartınmaq istərkən başlarına düşən ot tayasıdır.
Arada adamları ona görə güldürmək lazımdır ki, onları səni asmaq istəyindən daşındırasan.
Qadınlar haqda
Qadınlar onlara kimlə xəyanət etməyə hazırlaşdığımızı öncədən bilirlər. Bəzən hətta bizim ağlımıza gəlməmişdən əvvəl bilirlər.
Elə bir qadın yoxdur ki, “salamat qal” ifadəsini 30 söz sərf etmədən desin.
Ehtiraslı qadınla yaşamaq darıxdırıcı qadınla yaşamaqdan yaxşıdır. Düzdür onları adətən boğurlar, amma nadirən atırlar.
Həyat haqqında
Dünya işləmədən pula sahib olmaq istəyən avaralardan və varlanmaq istəmədən işləyən kütbeyinlərdən ibarətdir.
Alkoqol həyat adlı əməliyyatı keçirməyə imkan verən anesteziyadır.
Reallığı obyektiv qəbul edə bilməyən insanlar bunu tez-tez sinizim adlandırırlar.
Oğurlayan deyil, yaxalanan oğrudur.
Həbsxananın ən qorxaq adamı onun direktorudur.
İş görməyi bacaran adam onu edir, bacara bilməyən isə başqalarını öyrədir.
Sevdiyinizi əldə etməyə çalışın, yoxsa əldə etdiyinizi sevməyə məcbur olacaqsız.
Qocalmaq darıxdırıcı olsa da uzun yaşamağın yeganə yoludur.
Tarix haqqında
Tarixdən yalnız bir dərs çıxarmaq olar: tarixdən heç bir dərs çıxarmaq olmur.
İnqilab heç vaxt tiraniyanın yükünü azaltmır, o yalnız bu yükü bir çiyindən o biri çiyinə qoyur.
Qəzet velosipeddən yıxılmaqla sivilizasiyanın məhv olması arasında fərq görməyən çap orqanıdır.
Əgər qonşum arvadını hər gün döyür, mən isə döymürəmsə, onda statistikaya görə ikimiz də arvadımızı günaşarı döyürük.
Demokratiya
Demokratiya başınızın üstündə asılmış şardır. O sizi yuxarı baxmağa vadar edərkən başqaları ciblərinizdə eşələnir.
İdeya, istedad və rütbə haqqında
Əgər sizdə də, mən də alma varsa və əgər biz almalarımızı dəyişsək onda sizdə də, məndə də bir alma qalacaq. Əgər sizdə də, məndə də ideya varsa və əgər biz ideyalarımızı dəyişsək onda hər birimizdə iki ideya olacaq.
Sağlam zəka və zəhmətsevərlik istedadın yoxluğunu kompensasiya etdiyi halda siz dahilərin dahisi olduğunuz halda axmaqlığınız ucbatında həyatınızı məhv edə bilərsiz.
Ad və titullar ölkə qarşısında misilsiz xidmətləri olanlar üçün düşünülsə də xalqa bu ölkə məlum deyil.
Mənim hər bir şöhrətim uğursuzluqlarımla birlikdə artıb.
İnsan haqqında
İnsan kərpic kimidi, bişdikcə bərkiyir.
Reputasiya da şalvar və pencək kimi geyindiyimiz maskadır.
Heç nəyə inanmayan insan hər şeydən qorxur.
Ancaq axmaq ölümü yaxınlaşdıran illəri qeyd edə bilər.
Müasir cəmiyyətdə qətiyyəti olmayan varlı adamlar əxlaqı olmayan yoxsul qadınlardan daha təhlükəlidirlər.
Bizə quşlar kimi göydə uçmağı, balıqlar kimi suda üzməyi bacardığımız dövrdə bircə yer üzündə insan kimi yaşamaq qalır.