Bu saytlar hara gedir?
13 oktyabr 2012
08:00
İnternet mediası sürətlə inkişaf edir. Hadisələrdən daha tez xəbər tutmaq üçün indi hamı internetə üz tutur.
Bir neçə gün əvvəl buna bir daha əmin oldum. Bu yaxınlara kimi hər gün səhər qəzet alıb baş verənləri ordan öyrənən atam artıq internetə üz tutub. Səbəb sadədir. Hadisələr barədə bir gün sonra atam mənə danışanda deyirdim ki, ay ata, mən bunu dünən internetdən oxumuşam.
Kişi gördü ki, xəbəri qəzetdən alanda bir gün gecikir. Oğlundan bir gün geridə qalır. Ona görə də atam 50 yaşından sonra internetə girməyi öyrənmək məcburiyyətində qaldı. Ancaq bu qədər xəbər saytı içərisindən o özünə lazım olanı tapa biləcəkmi?
Azərbaycanda internet məkana hər gün yeni xəbər saytları daxil olur. Xəbər saytlarının fəaliyyətini axşam saat 6-dan sonra metro vaqonlarına girmək uğrunda gedən qırğına bənzətmək olar. Hamı, necə olur-olsun, vaqona minmək istəyir.
Xəbər saytları yeni xəbər verməyə çalışır. Hamı maraqlı xəbər vermək istəyir. Hamı çox “tık” almaq istəyir. Marafondur. Hamı qaçır və harasa çatmaq istəyir. Ancaq çatacaq bir yer yoxdur. Final xətti yoxdur. Sonu yoxdur yəni.
Bütün bunların fonunda peşəkarlıq yaddan çıxır. Peşə etikası yaddan çıxır. İnsanların şəxsi həyatına hörmət qoymurlar. Qarşı tərəfin fikrini yayımlamaq haqda düşünmürlər. Dəqiqləşdirilməmiş xəbərləri yayırlar.
Kənardan baxanda adamda belə təəssürat yaranır ki, işi-gücü olmayanların hamısı internet mediasına üz tutur. Özünə sayt açır. Yaxud saytlar heç bir təcrübəsi, peşəkarlığı olmayanları işə götürür.
Hər gün nəinki peşəkar, heç həvəskar tələblərə də cavab verməyən onlarla belə xəbərə rast gəlirik. Bu günlərdə saytların birində xəbərin içində belə cümlə getmişdi: “...Demək istəyirəm ki, ay binamuslar, biqeyrətlər sizin nəyinizi istifadə edib, pulunuzu verməmişəm? Qeyrətiniz varsa, gəlin sözünüzü üzümə deyin. Hər yeni layihəmdə çalışırlar ki, məni nüfuzdan salsınlar...”
Bu sitatdır. Məsuliyyəti deyənin boynundadır. Ancaq özünə hörmət edən insan bu cür ifadələri öz adı ilə bağlı olan saytda yerləşdirməz.
İkinci məsələ xəbər saytlarında köşə yazarları ilə bağlıdır. Xəbər saytı açan adamlar belə düşünür ki, orda mütləq köşə yazarları olmalıdır. Səhv yanaşmadır. Təbii ki, köşə yazarı olmamalıdır deyə qayda yoxdur. Ancaq saytlar mütləq köşə yazarı bölməsi açırlar. Və həmin bölmədə cəmiyyətdə tanınmayan, heç bir ictimai, siyasi çəkisi olmayan insanlar köşə yazısı yazırlar.
Adətən köşə yazarlığına gedən yol müxbirlikdən keçir. Jurnalist əvvəlcə müsahibə almalı, reportaj hazırlamalı, tədbirlərdə iştirak etməlidir. Müəyyən qədər təcrübə, baza topladıqdan sonra köşə yazmalıdır. Ancaq bizə həmin saytlarda köşə yazarı kimi təqdim edilən şəxsləri nəinki sıravi oxucular, bəzən heç mətbuatda olan adamlar da tanımırlar. Və məsələnin başqa tərəfi: nə yazdıqlarını özləri də bilmirlər. Başlarından yekə mövzulara girişirlər. Bəzən iqtidara, müxalifətə, 20-30 illik təcrübəsi olan siyasətçilərə yol göstərirlər. Yüz illərdir bəşəriyyətin həll edə bilmədiyi problemləri balaca köşələrində həll etmək istəyirlər. Çox bəsit formada. Çox primitiv formada.
Tragikomediya
Bizim ədəbi çevrələrdə baş verənləri janrca tragikomediyaya bənzətmək olar. Roman yazırlar. Çap edirlər. Sonra təqdimatın keçirirlər. Facebookda 800 adam gələcəyini yazsa da, eyni adamlar – yazarlar yığışır təqdimata. Beş-altı nəfər çıxış edir. Həmişə də eyni şeyləri danışırlar. Yazıçı da ədəb-ərkanla oturur başda. Öz dost –tanışı üçün kitabı imzalayır. Sonra bir kafedə oturub kitabı yuyurlar və dağılışırlar.
Qalır sonuncu mərhələ. Kitab haqda yazmaq. “Zəhmət çək sən mənim kitabım haqda yaz, mən də sənin kitabın haqda yazacağam” prinsipi ilə mənasız bir yazı yazılır. Bu tragikomediyada olan obrazlar ancaq yazıçı və şairlərdir. Oxucu rolu yoxdur.

3045 dəfə oxunub