5 tip avara

5 tip avara
6 sentyabr 2011
# 15:20
- “Hər şeyi bilənlər, hərşeyşünaslar”.

Bunlara dırnaq içində dahi də demək olar. Bu adamlar hər yerdə qarşımıza çıxa bilər. Bir məqsədləri var: qarşısındakını çərlədib, öldürmək. Əslində heç nə bilmirlər. Qəzetlərdə “siz bunları bilirsinizmi” başlıqlarını əzbər öyrənirlər. Kitabların özətlərini oxuyurlar.

- Seksual yalanlar

Bu əsasən kişilərə aiddir. Qadınlarla münasibətləri haqda uydurmalar qurmaqda peşəkardırlar. Bir dəfə salam verdiyi xanımla yatdığını iddia edir.

- Beynəlxalq siyasətdən danışanlar

“Amerika İranı vuracaqmı?”... “Qarabağ məsələsində Rusiya və Amerika faktoru”... Bu adamların ən çox danışdıqları mövzulardır. Televiziya xəbərlərinə baxıb dünyada gedən prosesləri şərh etməyə çalışırlar.

- Söyüş söyənlər

Daş atmaq əvəzinə söyüş söyən insan ilk ağıllı insandır. Freyd belə deyib. Bəziləri əsasən Facebookda özünü təsdiq etmək, komplekssiz olduğunu göstərmək üçün söyüşlə, açıq-saçıq ifadələrlə danışırlar. Bunların ilk ağıllı insandan fərqi yoxdur.

- Maşınlı oğlanlar

Onları çoxsunuz görmüsünüz. Çoxunun “07” maşını var. Maşından düşəndə dar köynəyini düzəldir, açarı, siqareti, pul qabını, iki telefonu bir əlində tutur.
# 2102 dəfə oxunub

Müəllifin son yazıları

# # #