"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz
15 iyul 2025
# 18:39

"Son günlər yas mərasimlərində verilən ehsanla bağlı rayonlardan xəbərlər gəlir. Camaat bu adətdən narahatdır, sözü bir yerə qoyub, imtina edirlər".

Kulis.az xəbər verir ki, bu sözləri yazıçı İlham Əziz sosial hesabındakı paylaşımda qeyd edib. Paylaşımı sizə təqdim edirik:

"Həm yaşım, həm də ictimai vəziyyətimlə əlaqədar mən də öz doğma Salyan rayonunun ağsaqqallarına müraciət edirəm: yas mərasimlərində verilən ehsandan imtina edin, icazə verməyin!

Bu adətin birbaşa yas vaxtı icra olunması tamamilə yanlışdır. Hüzür yiyəsinin ağır günlərində onu başqa bir problemlə də yükləmək insafdan deyil.

Belə bir arqument deyirlər ki, guya uzaqdan gələnlər var, onlar ac qalmasın.

Ay millət hansı zamənədi? Hər yer kafe, restoranla doludur. Hamının da qarnını doyurmağa imkanı çatır.

Övladı, atası, anası ölən adamdan yemək ummaq düz deyil, vallah.

İmtinanı imkanlı şəxslər başlamalı, kasıblar töhmət altında əzilməsin.

Bu proses İslamla da bəyənilmir.

İmkanlı şəxslər həmin ehsanın əvəzinə ətrafdakı kasıblara əl tuta bilər.

Başqa vaxt nə qədər ehsan edirsiz, edin!

Yas zamanı etməyin!

İmkansız adamlar borca düşür!

Bu dəqiqə mənasız yeməklərdən çox yemək də zülümdür.

Artıq yas mərasimlərimiz “obed”ə oxşayır.

Bir stəkan çay, su, qənd, limon oldu bəsdi.

Əziz Salyan camaatı, əziz ağsaqqallarımız, bunu nə qədər tez etsəz, Allaha da, bəndəyə də xoş olar!".

# 3834 dəfə oxunub

Oxşar xəbərlər

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

Güzgüdə özündən başqa heç nə görməyənlər - Onlar niyə sevməyi bacarmır?

10:00 17 iyul 2026
İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

İnsan dostunu nə vaxt unudur? – "Qum adası"nın sirri

12:00 16 iyul 2026
Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

Müəllif hekayədə niyə ağlaşma qurub? - Müzakirə

15:19 15 iyul 2026
Məktəbli qız niyə özünə nifrət edirdi?

Məktəbli qız niyə özünə nifrət edirdi?

12:00 15 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər