Elza Seyidcahan: “Şəhriyarın nə insanlığını gördüm, nə də şairliyini” QALMAQAL

Elza Seyidcahan: “Şəhriyarın nə insanlığını gördüm, nə də şairliyini” QALMAQAL
11 iyun 2015
# 13:18

“Öz millətinin xalqının zəhmətkeş xanımına, anasına üstəlik, sənət insanına, ən əsası da Əməkdar artistinə-hələ o biri adları demirəm-bir adamın, kişi xeylağının belə kobud davranmağı yolverilməzdir”. Bu sözləri Kulisə açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib.

“Mən efirdə oturmuşam, qarşımda ayağını ayağının üzərinə aşırıb əyləşib. Milyon adamın qarşısında ayağını aşırıb oturub. Verilişdən sonra da mənə dedilər ki, onun şeirləri, yazısı zadı da yoxdur. Düz deyirlər, ancaq uğursuz insanlar belə aqressiv olurlar. Bəxtiyar Vahabzadəni, Nüsrət Kəsəmənlini, Fikrət Qocanı pisləyən adamı qınaya bilmərəm. Yaxşı ki, onu öz silahı ilə vurdum, Baba Pünhanın şeirini dedim orda. Biz bu şairlərin Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənli, Fikrət Qoca sayəsində ailəcanlı, vətənpərvər kimi böyümüşük. Mən bilə bilmərəm ki, o şairlər həyatda necə olublar, biz onların əsərlərini oxumuşuq, özlərini tanımırıq. İndi sənin kimləsə şəxsi düşmənçiliyin varsa gəlib bizə niyə pisləyirsən onu.

Verilişdə Şəhriyarın nə insanlığını gördüm, nə də şairliyini. Şair gərək sevməyi bacarsın, qadın sevgisinin qarşısında ərisin. O ki, qadın görəndə əriyib şama dönmədi, ondan nə şair çıxar, nə də başqa bir şey. Sadəcə xalqım bağışlasın ki, mən orda bığ mövzusunu ortaya atdım. Çünki veriliş vaxtı İnstagramda hamı yazırdı ki, bu bığına görə hərəkət etmir, xanıma qarşı kobudluq edir. Özü də İmam Həzrəti Əlinin adı ilə qadına nadan deyir, təhqir edir. Uzun sözün qısası, mən kanallardan xahiş edirəm ki, özlərinə reytinq qazanmaq üçün məni belə adamlarla efirə çağırmasınlar.

Şəhriyar kimilər hələ bilmirlər ki, kimə gedib yaltaqlansınlar, kimdən oğurlasınlar, kimi təhqir edib gündəmə gəlsinlər. Belə şeyləri fikirləşməkdənsə özləri olsunlar. Səmimi olsunlar, onda həqiqətin yolunu tapacaqlar. Yoxsa arada qalacaqlar. Nə bilim, bəlkə onun da dostlarının gözlərindən biz düşürük, mən düşürəm. Nə bilim? Amma “kor-kor, gör-gör”, çoxluq, xalq özü bu məsələyə münasibətini bildirdi.

Onun təxəllüsünə baxın: Del Gerani. Nə deməkdir bu? Özü də bir söz deyim, həmişə belə qəribə adlar arxasında gizlənən adamlar öz adlarından utanırlar. Ona görə də qulağa qəribə gələn adlar seçirlər ki, diqqət cəlb eləsinlər. Nə bilim Türksoy, Məddahi, Qəddahi, Çaysəs, Xəbərsəs... Ay balam adın var, familiyan var. Mənim familiyam ulu babamdan qalmadı, nə utanıram ,nə də çəkinirəm. Adamın adını sənəti, işi qaldırar. Mən öz işimlə, əməlimlə, sənətimlə, tərbiyəmlə adımı brend eləmişəm. Amma o insanlara yazıqlar olsun ki, layiq olmadıqları adları özlərinə götürürlər. Halbuki o brend adlara layiq olmurlar. Şəhriyar da özünü o boyda Məhəmmədhüseyn Şəhriyara oxşatmaq istəyir, halbuki heç onun adının “Ş” sına da layiq deyil.”

Xatırldaq ki, bir neçə gün öncə ANS kanalında efirə gedən “Günəbaxan” verilişində Elza Seyidcahan ilə Şəhriyar del Gerani arasında qalmaqal yaşanıb.

# 1293 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər