Gəncliyin “zaryadkası” tez qurtarır – Orxan Fikrətoğlundan 40 DEYİM

Gəncliyin “zaryadkası” tez qurtarır – <span style="color:red;">Orxan Fikrətoğlundan 40 DEYİM
5 fevral 2018
# 11:30

Kulis.az tanınmış yazıçı Orxan Fikrətoğlunun “Jirinovskiyə məzəli görünməyək deyə yazılan tezislər”ini təqdim edir.

1 .Bu gün formalaşan pop mədəniyyət milli burjuaziyanın əxlaqı, milli düşünürlərin hirsidir.

2. Azərbaycan telekanalları dünya mediasından üç gün “fərqli ” işləyir.

3. Biz hələ Qarabağı geri almamışıq bu qədər şou qayırırıq, gör Qarabağı alandan sonra nələr edəcəyik.

4. Milli ideolojinin formalaşması mədəniyyətin fəlsəfi konsepsiyalarının müəyyən olunmasından başlaya bilərdi.

5. Ümümbəşəri mövcudolma taxçasında bizim real yerimiz və rolumuz başqa dövlətlər tərəfindən müəyyən olunmalıydı.

6. Tənqid hissi olmayan cəmiyyət inkişaf edə bilməz.

7. Dindən büt elementlərini çıxarmağın zamanıdır.

8. Yenilik ənənədədir.

9. Multikultural dəyərlər onurğası olan xalqların arealında tutarlıdır.

10. Dil elm deyil, prosesdir. Onu tənzimləmək cəhdi, axar suda ev tikmək cəhdi qədər düşüncəsizlikdir.

11. Yaltaqlıq artıq əxlaq deyil, siyasətdir.

12. Erməni millət deyil, türklərə qarşı ekspansiya layihəsidir.

13. İstənilən ölkənin elmi bazarından bəlli olur.

14. Axsaq ov itinin, axmaq sahibi olar.

15. Varlısansa, sənə can deyənə inanma, qan deyənə inan. Kasıbsansa sənə qan deyəndən qorxma, can deyəndən qorx.

16. Ziyalısına zamanında sosial sifariş verməyən xalqın gələcəyi olmaz.

17. Kəndlinin kəndə qayıtması sərhədlərin bərpası deməkdir.

18. Elmi var-dövlət bilməyən, dövləti elm bilməz.

19. Cəmiyyətdə bankirlər deyil, filosoflar dəbdə olmalıdır.

20. Mövsümü vətənpərvərlik saxta gülüş qədərdir.

21. Taxta qılıncdan öləni mən yenə birtəhər başa düşürəm, öldürəni başa düşmürəm.

22. Maşa ilə Ayı Cırtdanı cırtlayıb!

23. “Əti” elə olanın, qəssabı da elə belə olar.

24. Bu gün orta təhsil müəssisələrində tədris vasitəsi kimi istifadə olunan dərsliklərin hamısı bizim üçün dərsdir.

25. Görəsən, bu gün Azərbaycanda nə qədər alim olar? Kitab qədər olar?

26. Kişisən Azərbaycanı içindən sev!

27. Nərdi “şeş-beş” atan deyil, “du-bir” atıb “şeş-beş” oynayan aparır.

28. Ətrafında ağıllı adam görmək istəməyən, ən azı ətrafında ağıllı adam olmadığı üçün ağıllı adam kimi görünə bilməz.

29. İgid abrından qorxar.

30. Sən sələmnən, mən salamnan!

31. Cəmiyyətdə “Ana romantikası” “oğru romantikası” ilə əvəz olunandan südümüz də kriminallaşdı.

32. İntihar xəbər portallarının inhisarıdır.

33. Bu günün gəncliyi “elektron sayğac” kimidir. Saymağı düz saysa da “zaryadkası” tez qurtarır.

34. Qabaq Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaq olurdu. İndi olmur. Əlinin papağı daha Vəlinin başına tən gəlmir. Vəlinin də elə!

35. Müstəqil olmaq üçün müstəqil düşünmək şərtdir.

36. Ən müasir silah belə insan iradəsini yenə bilməz.

37. Rusiya bizim fantom ağrımızdır. Avropa üzüyümüzə saxta dəyərlər döyən zərgərimiz. Amerika suyun başında oturan nağıl divimiz.

38. Özümüzün özümüzdən başqa heç kəsimizin olmadığını hələ özümüz bilmirik.

39. Son zamanlar ədəbiyyat aləmində təsis edilən mükafatlar ədiblərin özlərindən çoxdur.

40. Bütləri qıranın Allah kimi inandığı olmalıdır.

# 1997 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər