Tərcümə Mərkəzinin yeni nəşri – Migel Delibesin “Seçilmiş əsərləri”

Tərcümə Mərkəzinin yeni nəşri – <span style="color:red;">Migel Delibesin “Seçilmiş əsərləri”
5 oktyabr 2016
# 10:28

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri –görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Mərkəzdən Kulis.Az-a verilən xəbərə görə, M.Delibes “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983) əsərlərinin, habelə dünyanın müxtəlif dillərinə tərcümə edilmiş 50-dən çox kitabın müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb. 1998-ci ildə isə “Kafir” romanına görə Nobel mükafatına namizədliyi irəli sürülüb.

Kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir.

XX əsr ispan ədəbiyyatının sonuncu klassiki adlandırılan Migel Delibesin əsərlərini dilimizə Saday Budaqlı tərcümə edib. Nəşrin redaktoru Mahir Qarayevdir.

Kitabın elektron versiyası yaxın günlərdə Tərcümə Mərkəzinin “Açıq kitab” elektron kitabxanasında onlayn mütaliəçilərin ixtiyarına veriləcək.

# 1852 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər