İllər sonra bir qadında itdim – Malik Atilaydan Yeni Şeirlər

İllər sonra bir qadında itdim – <span style="color:red;">Malik Atilaydan Yeni Şeirlər
2 may 2019
# 12:32

Kulis.az gənc şair Malik Atilayın yeni şeirlərini təqdim edir.

Qorxu

Nədən qorxsan başına gələr deyirlər

Uşaq olanda itməkdən qorxurdum

İllər sonra bir qadında itdim

Çox-çox sonra sənin ürəyində tapdım özümü

Qorxduqlarım başıma gəldi

Səndən qorxsam gələrsənmi

Sındır güzgüləri...

Yeniyetmələrin xəlvətə çəkilib

Çəkdiyi siqaretlərtək

Utanılası bir şey bilirsənsə içində gəzdirdiyin sevgini

Deməli

Ürəyini yerindən oynadan hər nədirsə sevgi deyil, Əli...

Dünənlərinin aynasından acıqla gülməsin deyə xatirələr

Sındır bütün güzgüləri...

Uçurt özülünü sabahların

Pərən-pərən elə həyatının sütunlarını

Çıx öz içindən, qaç

Qaçanda yaddan çıxarma

Sevinclərinin altını söndür,

Xəyallarını ümidlərdən ayır, Əli...

Sevgini və ümidlərini

Daşıyacaq sabahın,

Böləcək kimsən qalmayıb

Sonuncu pulunla aldığın kökənin

Yarısını quşlara atırsan

Pişiklərə verirsən yarısını, Əli...

Dərdlər su atar üstümə

Mən hər kəsin heç kimiyəm

Baxma belə, əlim, üzüm, gözüm var

Yaxınlaşsan

Görərsən ki, heç kimiyəm

Buludun son yağmuruyam

Günəşin sönük işığı

Dərdlər su atar üstümə

Görərsən ancaq yenə

Ağlamağı yadırğamış gözlər kimi quruyam

Günəş zərxara ətəklərini yığışdırıb

İtər göylərin sinəsində

Və bu gecə də zülmətə tapşırar məni.

İçəri keç...

Əşi, bu zibil çaxırı da tək içmək olmur heç...

Keç, keç, içəri keç

Hardasa ürəyim olan yerə

Nə deyim axı sənə?

Bilirsən yerini

Ən gözəl yerdi səninki

Pəncərənin yanında

Görünür buludlar,

Görünür səki,

Birdəki

Sevdiyin gülləri gətirib düzmüşəm pəncərə qarşısına...

Getmə

Özümçün demirəm inan

Sadəcə

Çaxırı tək içmək olmur heç...

# 2821 dəfə oxunub

Oxşar xəbərlər

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər