Kulis.Az uzun müddət çap olunmayan şair Lətif Mustafaoğlunun yeni şeirlərini təqdim edir. Şeirlər hazırda Ankarada yaşayan qələm dostumuzun yazdığı leksikonda saxlanılıb.
Böyük nənəm Mələk xanım 100 ildən çox yaşadı. 1937-ci ildə qeyb olan, ölüsü-dirisi bilinməyən oğlu Omar dilindən heç düşmədi. Öləndə son sözü «Omar öldü» oldu.
Müəllif
Sən iki su arasındakı pərdə kimiydin bala
Sən bir əlində atəş o birində su
Sən odla imtahan edilən suya enənlər misalı
Sən Yunusu qarnında daşıyan
Sən yetim anasıydın
Sən anaları ağlar qoyan
Sən hər ertə namazı zamanı
Suda səməklərlə halləşən
Sən gecəylə gündüzün
Arasındakı pərdə qımıldanırkən
Eşidən
İdrak edən
Tökülən sırları devşirən
Könül gözüylə görənlərdəndin bala
Dedim ya sən incədən incə pərdəydin
Sən tanrı qılıncı kimi
Heç sezilmədinki
Heç bilinmədinki
Bir ötədə bir bəridə
Bəriyə geldiyində ap-aydınlıq
Geriyə döndüyündə zifiri qaranlıq
«İmdi adım Mehmet durur ol dəmdə Omar idi»
Sən heç ortada olmadın ki oğul
Həp uclarda
Uclarda bəylərin yaşlandığı
Seyrək görülür
Mən səni heç doğurmadım ki bala
Doğursam bir gün ayrılırdıq.
14.03.2014
***
Varmı heç ölməyən bala
Yani dirilməyəcək
Ölmədən dirilən kim var nə var
Bax toxum torpaqda öldükdən sonra dirilir
Yaşıl-yaşıl naxış-naxış
Dirilişin dəlilidir qışdan sonra gələn bahar
Sən heç ölmədin ki bala
Ölüm dedikləri də nə ki;
Torpağa bələrlər təni
Sebu misalı yəni
Uyuda bəklə\ derlər
Diriləcəyin anı
Sən heç ölmədin ki oğul
Sən həm qürbətdin
Həm qərib
Sən qurban –
Adaqlar doğuşdan ölənlərdir ölmədən
Sən heç ölmədin ki bala qeyb oldun
Göy yarıldı yer dəlindi
Uddu səni diri-diri
Yoxsa yetərmiydi örtməyə üstünü
Dünyanın torpağı
Sən heç ölmədin ki bala
Göy yarıldı yer dəlindi
Sən də öl bala
Öl
Öl ki diriləsən
Gənə yenə görəm yüzünü.
13.03.2014
***
Oğul oğul
Düşmən toxmağı oğul
Getdin də dönmədin bala
Hanı bizi də alacaqdın yanına
Dayılarından uzaq dur
Mənim qarındaşlarım ya
Huylarını bilərəm
Sənə zərər verirlər müxənnətlər
Sənə qıyarlar
Oğul oğul
Göy atın ağlını oynatdı
Sürülərin dölsüz qaldı
Atların taysız
Tarlaların xamda
Köyün malı-davarı atı-eşşəyi
Bayram edər hər gün
Abin Məhəmmədi Sibiryaya sürdülər
Ondan da xəbər yox bala
Üzünü belə görmədiyin oğlun Əsədin
Biləyi bərkimədi hələ
Çocuq iştə
Qızın Əsma yedisinə girdi bu sənə
Deyək ki məni unutdun bala
Günahına girdim əfv ola
Sən mənim bi dənəmsən
Heç unuturmusun ananı
Uşaqlara yazıq oldu bala
Atalı-analı öksüz-yetimlər
Mənim başıma qaldılar
Moskov mən böyüdəcəm dedi
Bu yetimləri
Gecəynən Gəncəyə cağırdım
Bacın Yetərin yanına
İndi Yetər həm anadı həm ata uşaqlarına
Qarın Yasəmən ərə getdi
Yəni yuva qurdu bala
Hani hey bir bayatı söylərdin:
«Ya dəli
Ya cününam ya deli
Qiyamət o gün qopar
Yara dəyə yad əli»
Gəl bala
Hadi dön
Bilərəm qoparacağını qiyamətin
Sən gələndə
Dön bala
Qiyamət qopsa da gəl
Səninlə qiyamət
Anana bayramdır
16.03.2014
***
Dağa daşa küsəm bala
Qurda-quşa qırğın
Suya havaya sus-pusam
Nədən ki, səndən xəbər verməzlər mana
Suların da iflahı kəsilə bala
Dili ağzı quruya suyun
Adını anmaz
Sənnən havar salmaz oldu o da
Başı ərşə dəyə boz ayğırının
Kimsəni mindirmədi belinə
Sənnən sonra
Mənnən başqa
Mana baş əgər boz ayğırın anca
Yoldaş oldu həm haldaş mənə
Sırlarını bir tək mənə ayıdar
Dər ki, boz ayğırın mənə
«Ardındadır dağların yiğidin
Ağzı möhürləndi
Özü sirr oldu
Sözü sirr oğlunun
Yitik oğlun
Yetik imdi»
Gözün aydın olsun dər boz ayğırın mənə
Atda qonuşarmı demə ha
Şəkkak olma haşa
Rəsulallahı ərşə daşıdı ya
At da qoşunar dağda daşda bala
Rəbim dilərsə əlbət
Bax dağ daş dər ki mənə
«Sakın Omarın adını anma
Buyruğu \ gəlmiş sulara
Onnan sus-pus sular
Küsmə sən sulara
Sularda əmir qulu ya
Yaddaşı kül olmuş atəşin
İn olsun ya cin
Koklaya dursun havayı
Omar sirdaş qılındı bilənlərə
Yedi sənə quraq həm qısır qalacaqmış
Yer yüzü
Silinəcəkmiş izi Omarın zahirdən
Örtüyə büründü pərdəyə oğlun
Göbəyi yenidən kəsildi balanın»
Könlüm huzur buldu oğul
Səndən xəbər aldım ya
Mənə də müjdə var bala
Bilsən
Gözü quru gedəcəkmişəm
Qəm yoxmuş mənə nə kədər
Şükürlər olsun yazı yazana
Sən ordasın ya
Səlaməttəsən iştə bala
Həmd olsun həmd olsun yazı yazana
Yitik ol ya yetik
Yetər ki atın kişnəsin bala
Qazancın qarşı gəlsin
Yürü Qulum buyruğu alasın hep
Bala allahdan
6.06.2014
***
Türk mən mən türk
Türkəm mən
Atlarım davarlarım ağca sürülərim var
Varam var Allahım yar
Döşək nə yorğan da nədir
Bilməm
Mən türk yastığım daş
Türkəm mən dirilər arasında mən baş
Dünya nədir ki aləmlər
Atlarımın otlağı
Nidəm mən sarayı otağı
Türk mən qəbir bildim yatağı
Atım kişnər bən uluram
Allahdır mənim yarım
Türk mən mən türk türkəm mən
Tarixi həp mən yazdım yazaram
Bu gün varam yarın var
Türk mən mən türk
Allahdır türkə yar
Allah yar
Allah yar
***
Boynumuzun borcu kulluk
Halk içrə geçinən kulduk
Gizləndik hu huzur bulduk
El bizimdir etek sənin.
Geldi əmir attık dəmir
Dəryaya daldık bir-bir
Doyarmi suya şu hamur
El bizimdir ətək sənin.
***
Hayvandık ölmədən öldük
Hu deyubən döre konduk
Yaşlandıq çözüldük solduq
El bizimdir ətək sənin.
Ardındadır dağların aradığın dedilər
Qandım
Qəflətmiş məgər
Dağları aşdım
Çöllərdə dolaşdım
Boşunamı boşuna
Sakın ha yılma dedilər
O təpəyə də bir varsan
Bu da təpənim ardı
Nə in
Nə cin vardı
Qarıncaya sordum
Qurda quşa
Sordum arıya sordum aradığımı
Onu olunca anlarsan inşallah
Bulursan dedilər
Hər qul kimi er-gec
Üzülmə
Piş
Ol da yan
Ömür bir an
Can canan dedilər
Fəna fillah
Bəka billah dedilər
Fəna fillah
Bəka billah
Allah
Allah
Allah…