Sözlə əməl arasında – Səhər Əhməd yazır...

Sözlə əməl arasında – <span style="color:red;">Səhər Əhməd yazır...
20 iyul 2018
# 11:31

Kulis.az Səhər Əhmədin silsilə esselərindən daha birini təqdim edir: “Sözlə əməl arasında”

Nitşse deyir: “Xeyirxah kimdir? Xeyirxah hünərli olandır”. (Bu fikri yaddaşınızda əlçatan bir yerə qoyun, bir azdan mənə lazım olacaq).

Bəs hünərli olan kimdir, yəni bununçün konkret nə tələb olunur, bax məsələ budur, ən azından mənim sizə demək istədiyim məsələ.

Keçən dəfəki yazıda hisslərin sözlə ifadəsindən danışmışdıq, bu gün daha sonrakı prosesə keçəcəyik, sözlərin əmələ çevrilməsinə.

Duyğular sözlə ifadə olunmaq istədiyi kimi, sözlərin də əməllə isbata ehtiyacı var və hətta bu ehtiyac birincidən daha çox və daha vacibdir, ruhun var olmaq üçün materiyaya ehtiyacı olduğu kimi...

Bu cəhətdən insanların üç təsnifatı mövcuddur:

1) Sözü ilə əməli bir olanlar - bu, axtardığımız “qızıl orta”dır.

2) Sözləri əməldə təsdiqini tapmayanlar - bunlara el arasında “dil pəhləvanları” deyilir. Əlamətləri müxtəlif ola bilər, səbəbləri fərdə görə dəyişir - tənbəllik, eqoistlik və ya sadəcə yalançılıq.

3) Hisslərini birbaşa əməliylə sübut edənlər - bunlar bir az qapalı, lakin alicənab adamlardı.

Ən doğru variant birinci olduğu üçün bizim müzakirə konumuz deyil, onu kənara qoyub vaxt itirmədən o biri iki tipi müqayisəyə keçək. Yəni yalnız sözdə var olanlarla, yalnız əməldə var olanlara.

Məncə, bu müqayisədə ümumi sözlərdən çox, dəqiq nümunəyə ehtiyac var, odur ki, ən yaxşı əyani vəsait kimi “Alyazmalım” filmini götürək. Orda həmin iki tip (İlyas və Cəmşid) arasında qalan Asyanın seçimini və sözlərini xatırlayın: “Sevgi nəydi? Sevgi dostluqdu, iyilikdi. Sevgi əməkdi”.

Təkcə sevgi yox, bütün insanı münasibətlər əmək istər. Dostluq da, yoldaşlıq da, qardaşlıq da. Yüz şirin söz məqamında edilmiş bir jest qarşısında sabun köpüyüdür. Bütün münasibətlərdə ən çox sevən tərəf ən çox fədakarlıq edəndir. Təkcə nəzəriyyəni bilmək heç nəyi həll eləmir, ən yaxşı nəzəriyyələr həyat laboratoriyasında sınaqdan keçənlərdi.

Qayğıkeşlik, fədakarlıq da səxavət kimidi, xərclədikcə artar, unutmayın. Onları tərəddüdsüz, hətta, mən deyərdim, israfçılıqla xərcləyin.

“Yaxşılıq et, balığı dəryaya at, balıq bilməsə də, xaliq biləcək” məsəlində olduğu kimi. Bəlkə ömür boyu heç bir balıq bilməyəcək, xaliq də sənə yuxarıdan baxıb “əhsən” deyən deyil, amma nə olsun, yaxşılığın ən yaxşı tərəfi ondan məhz öz müəllifinin zövq almasıdır.

Hətta həyatla özünüz arasındakı münasibətdə də vuruşmaq (əmək) tələb olunur. Siz təki yorulmayın, ruhdan düşməyin, həyat bir gün təslim olub, döydüyünüz qapıları açacaq. Lap tutaq ki, açmayacaq, amma siz yenə də vuruşun, bir gün qalib gəlməyin xəyalı belə gözəl.

Və sonda yenə də Nitşenin bayaq xatırlatdığım fikrini qoyduğunuz yerdən götürüb mənə qaytarmağınızı istəyirəm. Fikrimcə, burda o servantın ən uyğun rəfinə qoyulmuş büllur qab kimi daha gözəl parıldayacaq: “Xeyirxah kimdir? Xeyirxah hünərli olandır”.

# 3034 dəfə oxunub

Oxşar xəbərlər

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

Bitməyən komediyaya sözardı... - Niyə belə etdin, Kamal Abdulla?

14:50 13 dekabr 2025
İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

İlk intertekstual türk romanının müəllifi - Oğuz Atayın əsərindəki “Üçbucaq arzu” nədir?

12:30 13 dekabr 2025
"Boynumu aşağı əyərək dedi ki,  bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

"Boynumu aşağı əyərək dedi ki, bu qəzeti yala..." - Təbrizli yazıçını niyə təhqir etmişdilər?

10:00 13 dekabr 2025
"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

"Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

11:46 10 dekabr 2025
"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər